İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

img

21-10-2019 [17:58]


Oktyabrın 24-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu" ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Mia.az-a verilən məlumata görə, emissiyanın həcmi 20 milyon AZN, nominal qiyməti 1000 АZN, hərrac qiyməti 1007.8333 AZN, faiz dərəcəsi 3 faiz, faiz gəlirinin ödəniş müddəti 180 gün, tədavül müddəti 23 ildir. "BTB-Kapital İŞ" QSC anderrayter vəzifəsində çıxış edir.

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

Fondun ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər” bölməsində yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA