Elza Seyidcahan İlhamə Quliyevaya iki mahnı hədiyyə etdi

img

26-08-2013 [15:55]


Əməkdar artist Elza Seyidcahan xalq artisti İlhamə Quliyevaya 70 yaşı münasibətilə maraqlı hədiyyə verib. Axşam.az-ın məlumatına görə, müğənni üçün xüsusi tac hazırladan bəstəkar ona iki mahnı bağışlayıb:

"Fikirləşdim ki, İlhamə xanımın qızıla, brilyanta, paltara ehtiyacı yoxdur. Ən yaxşısı ona adına layiq tac bağışlayım. Bu tacı özəl olaraq hazırlatdırdım. Çünki ona tac çox yaraşır. İlhamə Quliyeva bu sənətdə hamıya dəstək olan, stimul verən bir ifaçıdır. Mənim hədiyyəm tək tac deyildi. "Məhəbbətdən usan” və "Araram” bəstələrimi İlhamə xanımla birlikdə səsləndirdik. Daha sonra elan etdim ki, bir də bu mahnıları oxumayacam. Hər ikisini xalq artistimizə bağışladım. O, daha gözəl səsləndirdi. Arzu edirəm ki, İlhamə Quliyeva "İstiqlal” ordeni ilə təltif olunsun. Allah onun mükafatlarından bizə də qismət etsin”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib