Elzanın oğlunun qumarda uduzmasından danışdı

img

19-08-2013 [11:02]



Əməkdar artist Elza Seyidcahan bir müddət öncə oğlu Əkbərin mərc oyunlarında külli miqdarda pul uduzması xəbərinə aydınlıq gətirib. Müğənni "Space” telekanalında yayımlanan "Bazar” verilişinə açıqlamasında övladının qumardan başı çıxmadığını deyib:

"Bu xəbər çıxanda mən Azərbaycanda deyildim. Əkbər dedi ki, ana, görmüsən, nə yazıblar? Mənim oğlum sənətə gəldiyi üçün ona ağ böhtan atıblar. Əkbər heç kart oynamağı bilmir, nəinki mərc oyunlarına pul qoymaq. O, mərcdə nə udub, nə də uduzub. Oğlum xasiyyətcə mənə oxşayıb: nəsə edəndə gizlətmir, etiraf edir ki, ana, bunu etmişəm”. /axsam.az/


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA