Xalq artisti Arif Babayevin evindən oğurluq edilib

img

14-08-2013 [16:35]


Azərbaycanın Xalq artisti Arif Babayevin evindən oğurluq edilib. Lent.az-ın məlumatına görə, gecə saatlarında A.Babayevin Qax rayonunun Qaxbaş kəndində yerləşən bağ evində girən naməlum şəxs və ya şəxslər evdən 1 ədəd televizor və dvd-ni aparıblar.

Hadisə ilə bağlı polisə ilk məlumatı Xalq artistinin qonşusu Məmmədov Cavad Camal oğlu verib. Lent.az-ın əldə etdiyi məlumata görə, C.Məmmədov Xalq artistinin qonşusudur və evinə nəzarət etməyi ona tapşırıbmış.

Qax rayon polis Şöbəsindən faktı Lent.az-a təsdiqləyiblər.

Qeyd edək ki, Arif Babayevin bağ evi Ağçay çayının yaxınlığındakı yeni yaşayış massivində yerləşir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib