Dostəliyeva Quliyevaya görə istirahətini pozmadı

img

12-08-2013 [23:52]



Xalq artistləri İlhamə Quliyeva və Nazpəri Dostəliyeva arasında yaşanan böyük qalmaqal səngimək bilmir, əksinə günü-gündən alovlanır.


"Qafqazinfo” Show.az-a istinadən xəbər verir ki, ən son yaşananlarla bağlı, yəni İlhamə Quliyevanın yenidən həmkarını məhkəməyə verməsi xəbərinə münasibət bilmək üçün qarşı tərəflə telefon əlaqəsi saxladıq. Nazpəri xanımın prodüseri Mikayıl Hüseynov "Xalq artisti Maldiv adalarında ailəsi ilə birlikdə istirahətdədir. İnşallah sağ-salamat vətənə qayıdar, vəkili ilə məsləhətləşib öz qərarını verəcək. Hələki, Nazpəri xanımın bütün bunlardan xəbəri yoxdur və bizdə onun istirahətinin dadını qaçırmaq istəmirik”- dedi.



Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib