Müğənni Rəqsanənin bankla məhkəmə qalmaqalı yenə təxirə salındı

img

27-07-2013 [13:03]


Müğənni Rəqsanə İsmayılovanın «Dəmirbank»la məhkəmə çəkişməsinə ötən həftə son qoyulacağı gözlənilsə də, hakim yenə də qərarını açıqlamayıb.

Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, hazırda Bakı Apellyasiya Məhkəməsində bu mülki iş üzrə sədrlik edən hakim Xəqani Məmmədov prosesi yenidən təxirə salıb: «Hakim növbəti prosesi avqustun 14-nə təyin edib. Həmin prosesdə isə «Dəmirbank»ın ilkin, Rəqsanə və yaxınlarının isə qarşılıqlı iddiaları üzrə qərar açıqlanacağı gözlənilir».

Xatırladaq ki, müğənni ilə «Dəmirbank»ın arasında 73625 dollar vəsaitin ödənilməməsi ilə bağlı mübahisə var. Buna görə bank müğənni və ona zamin duran şəxsləri bu vəsaitə görə məhkəməyə verib. 

 Məlumata görə, Rəqsanəyə qarşı qaldırılmış iddiaya Nizami rayon Məhkəməsində baxılıb. Həmin məhkəmə instansiyasında "Dəmirbank” ASC-nin Rəqsanə İsmayılova başda olmaqla, ona zamin duran şəxslər - Bəxtiyar Vəliyev, Sürayyə Vəliyeva, Raminə Vəliyeva və Ruhin Vəliyevə qarşı 73625 ABŞ dolları məbləğində borcun ödənilməsi haqda iddia qaldırıb. Bank bununla yetməyib, Rəqsanənin və zamin duran şəxslərin borcun qarşılığında müsadirə edilməsini də tələb edir. Yəni borcun ipoteka predmetinə yönəldilməsini istəyir. 

 Yeri gəlmişkən, onu da qeyd edək ki, prosesə sədrlik edən X.Məmmədov Ali Məhkəməyə hakim təyin edilib. O, avqust ayından həmin məhkəmədə işə başlamalıdır. Bu isə Rəqsanə ilə bağlı məhkəmənin başqa hakimin sədrliyi ilə davam etdiriləcəyindən xəbər verir.

 Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini də dərc edə bilərik.

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib