Azərbaycanlı aktrisa: "Beş ilə yaxındır ki, yoldaşımdan ayrılmışam"

img

23-07-2013 [15:38]



Aktrisa Təhminə Məmmədovanın Milli.Az-a müsahibə verib. O, söhbətə aktrisa olmaq "eşq”inə nə vaxt düşdüyündən danışıb.

- Mənim incəsənət sahəsinə marağım var idi. Kinorejissor olmaq istəyirdim. Lakin ailə üzvlərimin təkidi ilə sənədlərimi aviasiya üzrə verdim və imtahandan uğurla keçdim. 22 oğlanın içində bircə mən idim. Orada pilotluğu öyrənəcəkdim. Ancaq anam oxumağıma razı olmadı və ümumi razılıq əsasında sənədlərimi toplayıb Dövlət Mədəniyyət və İncəsənət Universitetinə təqdim etdim. Məndən imtahan götürən müəllimlər mənə baxan kimi dedilər ki, sən aktirsa olmalısan. Oradan da uğurla keçdim və universitetə qəbul oldum. Təhsil aldığım müddətdə Bakı Kamera teatrında işləməyə başladım. Universiteti bitirdikdən sonra isə təyinatımı Rus Dram Teatrına vermişdilər. Lakin Vaqif müəllim məni Dövlət Gənc Tamaşaçılar teatrına gətirdi. Artıq 17 ildir ki, bu teatrdayam...

- Teatr sizin üçün nə deməkdir?

- Teatr mənim ikinci evimdir, hətta deyərdim ki, birinci. Çünki günümün çox hissəsini teatrda keçirdirəm.

- Ailəlisiniz?

- Ailəli olmuşam, ancaq beş ilə yaxındır ki, yoldaşımdan ayrılmışam.

- Niyə ayrıldınız?

- O, mənə xəyanət etdi. Mən buna hec cür göz yuma bilməzdim.

- Təklik sizə nəyi öyrətdi?

- Tənha qaldığım zaman böyük bir boşluqda olduğumu anladım. Bu, mənim üçün çox çətindir.

- Bəs indi necə, sevirsiniz?

- Xeyr, sevmirəm. Bütün sevgimi qızıma həsr etmişəm. Onun xoşbəxtliyi üçün çalışıram.

- Qızınız da aktrisa olmaq arzusundadır?

- Bəli, o, teatra çox bağlıdır. Lap körpəlikdən onu teatra tez-tez aparırdım. İndi də səhnədə öz yaşına uyğun rolları məharətlə oynayır. O, artıq bizim teatr ailəsinin bir üzvüdür. Sonbeşiyimizdir (gülür).

- Açıq-saçıq səhnələrin yer aldığı filmlərə çəkilərsiniz?

- Belə təkliflər olsa, asanlıqla çəkilərəm. Buna normal baxıram.

- Sizcə, indi gənc aktrisalarda çatışmayan cəhət hansılardır?

- Əksər aktrisalarımızda plastika yerində deyil, səhnədə ləhcə ilə danışırlar və s. Bütün bunlar olduqca, heç bir inkişafdan söz gedə bilməz.

- Hansı rolu oynamağın arzusundasınız?

- 10 il bundan öncə olsa idi, deyərdim ki, "Kleopatra”nı oynamaq istəyirəm, ancaq indi heç nəyin arzusunda deyiləm.

- Buna səbəb nədir?

- Çünki heç bir şeyə marağım qalmayıb. Həyat mənim üçün çox adiləşib...

- Sizə dramatik rollar yaxındır, yoxsa komedik?

- Mən əslində dramatik aktrisayam. Amma mənə komedik rol həvalə olunsa, onu da ifa edərəm. Bir şərtlə ki, bu, məndə alınsın. Yəni ki, tamaşaçı mənə yox, mənim yaratdıqlaırma gülsün. Eyni zamanda, gülən yalnız tamaşaçı olmasın, gərək mən də onunla bərabər gülməyi bacarım. Bir sözlə, vəhdət olmalıdır. Bu, vacib məsələdir.

- Aktrisa olmaq üçün ən vacib element nədir?

- Aktrisa doğuşdan aktrisa olmalıdır. Əgər bu yoxdursa, bir insanın peşəkar və yaxşı aktrisa olmağı qeyri-mümkündür. İllərlə sənətin incəliklərini öyrənməyə cəhd etsə, hətta öyrənib başa vursa da, yenə də mümkünsüzdür.

- Təcrübəli bir aktrisa kimi teatrlarımızın gələcək vəziyyəti bərədə nə deyə bilərsiniz?

- Düşünürəm ki, illər keçdikcə hər şey pisliyə doğru gedəcək. Yəni illər sonra teatrlarımızın səviyyəsi bundan da betər olacaq. Çünki hazırda bizdə istedadlı, potensiallı və peşəkar aktyorlar çox az yetişir.

Cavidan Abdullayev
Milli.Az

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib