12-09-2019 [00:17]
Qoç - vurnuxma və təlaşa qapılmayın, tələsik qərarlar verməyin, düşünülməmiş addımlar atmayın.
Sağlam məntiqlə hərəkət edin. Davranışınız yaxın ətrafınızdakı insanların aqressiyasına və sərt reaksiyasına səbəb olmamalıdır.
Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla ciddi ixtilaf yarana bilər.
Təmkinli davranmasanız, bel bağladığınız dəstəyi ala bilməyəcəksiniz.
Saatlar keçdikcə pozitiv təmayüllərin təsiri güclənir. Yaxşılığa doğru dəyişikliklər başlanır. Dostlarla görüş, yaxınlarla ünsiyyət, istirahət üçün axşam saatlarını seçin.
Buğa - asan gün olmayacaq. Lakin bütün sədləri dəf edərək məqsədə çata bilərsiniz. Nailiyyətlər əldə etmək üçün ciddi səy göstərmək gərəkdir. Kiçik qələbələrə asanlıqla nail olacaqsınız. Yaxın ətrafınızdakı insanlarla münasibətlər rəvan deyil. Hamının sizə pislik etməyə çalışdığını düşünməyin. Təmkinli və səbrli olun, əhvalınızı pozmayın. Yanlış qərarlar verməyin, ciddi səhvlər etməyin.
Maliyyə məsələlərini həll etmək, alış-verişə çıxmaq məsləhət deyil. Qeyri-standart yanaşma, təxəyyül və çeviklik tələb edən işlərlə məşğul olmaq mümkündür.
Əkizlər - tələsməyin, səbrli olun. Bu günün yaratdığı imkanlar ilk baxışdan sərfəli təsir bağışlasa da, niyyət və ya planınızın reallaşması üçün daha uğurlu məqam ola bilər.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərə ciddi fikir verin. Prioritet və məqsədlər arasında yenilənmələr aparmaq zamanıdır.
Ailədə kiçik fikir ayrılıqları istisna deyil. Soyuqqanlı olun, ovqatınızı pozmayın.
İş yerini dəyişmək və ya köç üçün əlverişli zaman deyil.
Xərçəng - qüvvələrinizi toplayın, aktiv olun. Asan gün deyil. Xoşagəlməz təmayüllərin öhdəsindən gəlmək asan deyil. Sayıq olun, səhvlərə yol verməyin. Dostlar və ya müttəfiqlər sizə yardım etməyə hazırdırlar. Lakin onlar durumun təfərrüatlarından dəqiq hali olmalıdırlar.
Sizi dərhal anlayacaqlarına bel bağlamayın. Necə və hansı formada dəstək almaq istədiyinizi aşkar deyin.
Günün ikinci yarısında reallaşa biləcək anlaşma və ya sövdələşmələrdən böyük gəlir gözləməyin. Gördüyünüz işə görə pulu sonradan alacağınıza hazır olun. Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir.
Şir - mürəkkəb problemin və ya çətin məsələnin həllinə başlamaq üçün əlverişli zamandır. Mühüm danışıqlar aparın, fəaliyyət planını hazırlayın, ən önəmli və ciddi məqsədə çatmaq üçün yola çıxın. İntuisiyanıza güvənin. Təhtəlşüurun verdiyi siqnallar yaxın ətrafınızdakı insanların məsləhətlərindən daha əfzəldir.
Rəqabət mübarizəsinə qatılmamağa çalışın. Əks təqdirdə çox qüvvə sərf edəcəksiniz, nəticələr isə əhəmiyyətli olmayacaq.
Yaxınlarınız və dostlarınızla ünsiyyətdə üstünlüyünüzü əyan etməyə can atmayın. Belə davranış xoşagələn deyil.
Səbrsiz olmayın, hisslərin təsiri altında düşünülməmiş addım atmayın.
Qız - pis gün deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səy göstərin. Çoxsaylı işlərə başlamaq əvəzinə bir işi bitirin. Kommersiya fəaliyyətində uğur istisna deyil.
Sərfəli anlaşmalara nail olmaq, yeni layihənin reallaşmasına başlamaq olar. Müstəqil çalışın. Belədə fəaliyyət birgə işlə müqayisədə daha yaxşı olacaq.
Yaşlı qohumlarla ünsiyyət, ailəvi tədbirlərin təşkilatı üçün pis gün deyil. Qəfil romantik etiraf istisna deyil. Şəxsi həyatınızda köklü dəyişiklik başlana bilər. Uzaqda yaşayan qohumlar özlərini xatırladacaqlar.
Tərəzi - hadisələrin əvvəlcədən planlaşdırdığınız məcra ilə getməməsi sizi sinirləndirməsin. Situsiyanı dəyişmək üçün yetərincə enerjiniz var. İşgüzar həyatla bahəm şəxsi münasibətlərdə təşəbbüskar olun. Əməlləriniz ilk baxışdan xaotik və düşünülməmiş təsir bağışlaya bilər. Fəqət, qarşınıza qoyduğunuz məqsədə doğru dürüst addımlar atın. Ən başlıcası isə qərar və addımlarınızın səbəblərini yaxın ətrafınızdakı insanlara izah etməyi unutmayın.
İş və kommersiya fəaliyyəti ilə bağlı yeni ideyalar yaranır.
Biznesi genişləndirmək və ya fərqli sahə seçmək üçün əlverişli zamandır.
İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin.
Əqrəb - qəbul etdiyiniz qərarlar və atdığınız addımların sonuclarını əvvəlcədən düşünməyə çalışın. Sonradan peşmançılıq hissi yarada biləcək iş görməyin.
Təcrübəli şəxslərin dediklərinə qulaq asın. Məsləhət verənlər arasında həmkarlar, dostlar, qohumlar ola bilər.
İş yerini dəyişmək və ya köç məsləhət deyil. Ənənəvi şərait daha münasibdir.
Ailə məsələlərinin həllində iradəli və qətiyyətli olun. Sadəcə, öz mövqeyinizi dürüst hesab etməyin. Sözlərinizə fikir verin, çünki sərt və ya düşünülməmiş kəlmələr yaxınlarınızın qəlbinə dəyə bilər.
Oxatan - işgüzar sahə ilə yanaşı, qeyri-kommersiya fəaliyyətində yeni əməkdaşlığa başlamaq üçün əlverişli zamandır. Öz maraqlarınızın tam təminatına çalışmaqla yanaşı, yaxın ətrafınızdakı insanların da mənafelərini nəzərə almağı unutmayın. Tanıdığınız insanlar arasında sizə müttəfiq və ya tərəfdaş ola biləcək şəxslər var.
Rəğbət bəslədiyiniz insanların dediklərini qulaqardına vurmayın. Yeni iş və ya layihədə birgə fəaliyyət üçün potensial şəxsləri seçin.
İşgüzar fəaliyyətdən fərqli olaraq, şəxsi münasibətlərdə durum harmonik deyil. Qısqanclıq, səbəbsiz əndişə, qarşılıqlı iradlar yox deyil.
Sakit olun, təmkinli davranın. Sağlam məntiq sizə sonrakı fəaliyyət məcrasını göstərəcək.
Oğlaq - ən yüksək səviyyədə işgüzar danışıqların aparılması, məmurlar və dövlət qurumlarının mənsubları ilə görüşlər, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır.
Qüvvələrinizə əmin olun. Məqsədə doğru inamla irəliləməyə davam etsəniz, niyyətinizə çata bilərsiniz.
İnformasiya, istehsal və emal sahəsində çalışırsınızsa, ciddi uğurlara nail olacaqsınız.
Axşam saatlarına yaxın dostlarla görüş sizi sevindirəcək. Qohumlarla dil tapmaq asan deyil.
Mövcud problemlərin nə qədər ciddi olduğunu qohumların anlamadıqlarını düşünməyin. Hər şey göründüyü kimi deyil.
Dolça - günün ilk yarısı əlverişlidir. Başladığınız bütün işlərdə, o cümlədən çətin problemin həllində məhsuldar fəaliyyət zamanıdır. Maliyyə məsələlərinin həllində çətinliklər yaranmayacaq. Yetərincə informasiya və ya məlumatınız olmasa belə, necə fəaliyyət göstərməyin gərəkdiyini sizə intuisiyanız deyəcək.
Danışıqlar pis keçmir. Mühüm məsələləri görüşlə yanaşı, telefon danışıqlarında da müzakirə etmək olar.
Günün ikinci yarısı gözlənilən qədər uğurlu deyil. İşdə və evdə problemlər yarana bilər. Müşküllərlə çətinliklər ciddi, irimiqyaslı deyil. Soyuqqanlı olun, təmkininizi pozmayın, səbrli davranın.
Balıqlar - əlverişli və uğurlu gündür. Başladığınız işlərdə uğur qazana bilərsiniz. Sizə verilən tapşırıqları vaxtında bitirmək üçün diqqətinizi fəaliyyət sahəsinə yönəldin.
Maraqlı işgüzar təkliflər ala bilərsiniz.
Nüfuzlu müttəfiqlərlə əlaqələrin yaradılması da istisna deyil.
Amma unutmayın ki, sizə kimsə könüllü şəkildə yardım edən deyil.
İstənilən xidmət və yardımın əvəzini vermək gərəkdir.
Alış-veriş, sövdələşmə, danışıqlar üçün əlverişli zamandır. Heç gözləmədiyiniz halda gəlir əldə edə bilərsiniz. Köhnə dostlarla görüş, yaşlı qohumlarla ünsiyyət xoş təəssürat yaradacaq.
Milli.Az
Daha bir jurnalist həlak olub
CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xorvat məşqçi daha bir komandadan qovulub
"Fənərbaxça" Konyada vacib xal itiirb
Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsinin ilkin seçimi olub - SİYAHI
HƏMAS-la İsrail atəşkəsə razılaşıb? - İsrail təsdiqləmir, şərtlər də gizli saxlanılır
Paşinyan Moskvaya gedir - Putinlə ikitərəfli görüş olacaq
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - Xəbərdarlıq
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonasında 2046.3 hektar ərazi minalardan təmizlənib
Dövlət qulluğuna imtahan keçiriləcək
DSMF-də rəsmi yoxlama başlayıb - Açıqlama
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ DEPUTATIN RAMİZ MEHDİYEVƏ ŞOK MƏKTUBU ÜZƏ ÇIXDI: "Hörmətli ağsaqqalım..." - "Bəlkə, özləri yazıb "qol" çəkiblər?" - FOTO (YENİLƏNİB)
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
RUSİYA UKRAYNANI ADDIM-ADDIM ƏLƏ KEÇİRİR: "Xarkov və Donetskdə daha iki yaşayış məntəqəsi nəzarətə götürülüb"
Qəzzada savaşın 213-cü günü: ölənlərin sayı artlb
Hakim: "AMEA-nın vitse-prezidenti bilərəkdən, ya bilməyərəkdən cavab vermir" - Qalmaqallı məhkəmə (FOTOLAR)
Keçmiş komitə sədri hakim qarşısına çıxarılır - Korrupsiya ittihamı
Türkiyədə ağır qəza: 8 nəfər ölüb, çoxlu sayda yaralı var - FOTOLAR
Ağdərə və Qubadlıda insan qalıqları tapılıb - Prokurorluq araşdırma aparır (Yenilənib)
Joze Mourinyo Türkiyəyə gəlir - İki illik razılaşma əldə olunub
ABŞ səfiri Füzuli və Şuşada - FOTOLAR (YENİLƏNİB)
Putin beşinci dəfə and içəcək
QMİ Məhərrəmlik ayının başlanacağı tarixi açıqladı
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO (Yenilənib)
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü - Sabiq mətbuat katibi vəzifəyə təyin olunub
Azərbaycanla daha bir ölkə arasında viza tələbi aradan qaldırılıb
Gömrük Komitəsinin sədri özünə daha bir müşavir götürüb
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir - Dəyişiklik
ABŞ-da unikal hadisə: qadın 10 həftə ərzində lotoda iki dəfə 1 milyon dollar qazanıb - "Qənaətlə xərcləyəcəm"
Dövlət xidməti rabitə müəssisələrini "vurdu": “Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq
Anar Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
İki həftə əvvəl "ərim məni döyür" harayı çəkən müğənni ölüm xəbərindən dərhal sonra dəyişdi: "Andımıza sadiq qaldıq, canım yoldaşım"
İsrail əsgərləri Tulkerim qaçqın düşərgəsini mühasirəyə alıb