Filipp Kirkorovla Aygün Kazımova yeni duet hazırlayıb - VİDEO

img

25-07-2019 [11:04]


Rusiyanın pop kralı Filipp Kirkorov və pop diva Aygün Kazımova yeni duet hazırlayıb.

Mia.az xəbər verir ki, Filipp Kirkorov ötən il Bakıda keçirilən "Jara” musiqi festivalı zamanı məbuat konfransında Aygün Kazımova ilə yenidən duet oxumaq istədiyini söyləmişdi. Xalq artisti isə Kirkorovun təklifinə müsbət cavab verib.

Qeyd edək ki, Filipp Kirkorov Aygün Kazımovanın "Kreml" sarayında baş tutan konserti zamanı səhnəyə çıxaraq Aygün Kazımovanı "Şərqin Divası" adlandırmış, qarşısında təzim edərək, ona eşq elan etmiş və Kazımovanın timsalında Azərbaycan xalqına dərin ehtiramını bildirmişdi.

Bu dəfə isə, cütlüyün ifasında "Jalma” mahnısı yeni üslubda, Alla Puqaçova ilə çalışan məşhur Alisher tərəfindən hazırlanıb. Duet 26 iyul tarixində, "Jara” festivalında ifa olunacaq. Aygün Kazımovanın rəsmi YouTube kanalında yayımlanan sözügedən mahnını sizə təqdim edirik: 



Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA