11-07-2019 [14:56]
Xarici İşlər Nazirliyi Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov götürülməsinin beşinçi ildönümü ilə bağlı bəyanat yayıb.
Reyting.az həmin bəyanatı olduğu kimi təqdim edir:
"Bu gün azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girovluqda saxlanılmasının beş ili tamam olur.
D.Əsgərov və Ş.Quliyev ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim tərəfindən uydurma iddialar əsasında mülki şəxslərimiz üzərində quruma "məhkəmə” təşkil edilərək, D.Əsgərov "ömürlük”, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Bu iki azərbaycanlı mülki şəxsin Ermənistan girovluğunda keçən hər bir günü işgəncə altında keçən növbəti bir gündür. D.Əsgərov və Ş.Quliyevin girov götürülməsindən əvvəlki və sonrakı görüntüləri onların girovluqda saxlandıqları müddətdə qeyri-insani rəftara, fiziki və mənəvi işgəncələrə məruz qaldığını açıq şəkildə sübut edir.
Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü nəticəsində ölkəmizin Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal olunub. İşğal edilmiş ərazilərdə etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı, o cümlədən D.Əsgərov və Ş.Quliyevin də ailə üzvləri öz doğma yurd-yuvalarından, mülklərindən didərgin salınıb.
Beynəlxalq hüququn imperativ norma və prinsiplərinə görə güc tətbiqi və ya güc təhdidi vasitəsilə ərazilərin əldə edilməsi heç bir halda qanuni hesab oluna bilməz. Bu prinsip Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrində bir daha təsdiq olunur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur, həmçinin münaqişənin həllinin beynəlxalq humanitar hüquqi əsasları müəyyən olunaraq, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması hüquqi təsbit olunur.
Beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasətinin başladığı vaxtdan bu günədək münaqişə nəticəsində 3888 Azərbaycan vətəndaşı itkin düşüb; onlardan 718-i mülki şəxslərdir, o cümlədən 266 qadın, 71 uşaq və 326 yaşlı şəxs itkin düşmüş mülki vətəndaşlarımız sırasındadır.
Ermənistan, mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının müddəalarına zidd olaraq, beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozmaqda davam edir və Azərbaycan tərəfinin humanitar hüquq normalarına əməl olunmasına və hər iki tərəfdə saxlanılmış mülki şəxslərin "hamının hamıya” prinsipi əsasında tez bir zamanda qarşılıqlı surətdə azad edilməsinə dair çağırışlarına məhəl qoymur.
Ermənistan tərəfindən qeyri-insani davranış nümayiş etdirilərək beş il ərzində ağır şərtlər altında D.Əsgərov və Ş.Quliyevin girovluqda saxlanılması və digər bu xüsusda olan əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və gərginliyin daha da artmasına xidmət edir. Əgər Ermənistan tərəfi, dəfələrlə bəyan etdiyi kimi "münaqişənin yalnız sülh yolu ilə həlli üçün müvafiq şəraitin yaradılmasına” həqiqətən də nail olmaq istəyirsə, o zaman qanunsuz şəkildə girovluqda saxladığı Azərbaycanın mülki şəxslərinin azad olunması istiqamətində addımlar atmalıdır.
Xatırladırıq ki, Avropa İnsan Hüquqları Məhkəməsi "Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə işğalçı tərəf kimi Ermənistanın məsuliyyətini müəyyən etməklə yanaşı, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib və mülk və əmlakın qaytarılması ilə əlaqədar hüquqi və texniki məsələlərlə bağlı beynəlxalq humanitar hüquq və insan hüquqlarının müvafiq standart və prinsiplərinin şamil edilməli olduğunu təsbit edib. Məhkəmənin qərarının 195-ci paraqrafında göstərildiyi kimi, hazırkı şəraitdə azərbaycanlıların öz evlərinə qayıtmasına başlıca əngəl Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdə davam edən mövcudluğu və atəşkəsin pozulmasıdır.
Girovluqda olan soydaşlarımızın tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün ali humanizm prisiplərini rəhbər tutaraq bütün beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini, aidiyyəti beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırırıq.
Azərbaycan D.Əsgərov və Ş.Quliyevin azad edilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlaylır və mülki şəxslərimizin azad olunması üçün zəruri tədbirlər bundan sonra da davam etdiriləcək".
Pentaqondan İranla savaş barədə açıqlama: "140 hərbçimiz yaralanıb"
YENİ YAŞ: NƏ YAXŞI Kİ, MÜƏLLİMƏM!
İranın 4 diplomatı həlak olub - Livanda
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb
Çempionlar Liqası: "Qalatasaray" - "Liverpul" oyununda qapılara 3 qol vuruldu, ikisi sayılmadı (Yenilənib)
Departament müdiri vəzifədən getdi
Türkiyədə vəzifəli şəxs katibə ilə evdə "yaxalandı" və...
Avropa çempionatı: iki güləşçisimiz finala yüksəlib (Yenilənib)
Kanadadakı ABŞ Konsulluğunda silahlı insident: nə baş verib?
Ramazanın 21-ci gününün duası: imsak və iftar vaxtı
İki qanlı futbolçuya futbol ömürlük qadağan olundu - Səbəb
İsrail Beyrutu bombalayıb
İran BƏƏ-ni 9 ballistik raket, 35 PUA ilə vurdu - 6 nəfər həlak olub
Finlandiya prezidenti İlham Əliyevə zəng edib
İsrafçılıq və ehtiyac
İsraildə Azərbaycan vətəndaşları həlak olub (Yenilənib)
Daha bir tiktoker həbs edildi
Gəncənin Baş planı təsdiqlənib
Könül Həmzəyeva axtarışa verildi
Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri keçirilib - FOTOLAR
Kartof niyə bahalaşır? - Açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Kolumbiyanın yeni səfirini qəbul edib
TRAMP "İRANLA GÖRÜŞƏ HAZIRAM" DEDİ, TEHRANDAN RƏDD CAVABI GƏLDİ: "Ağzına yumruq vuracağıq"
“Mənim ailəmin şəxsi həyatına daxil olmayın" - Tahir İmanov vəhhabi olması haqqında iddialara belə reaksiya verdi + VİDEO
Ağdaşda qızı qaçıran oğlan və dostları həbsə göndərilib
Tehranda itkilərin sayı artır - Ən azı 460 nəfər ölüb, 4000-dən çox insan yaralanıb
Aralıq dənizində zəlzələ olub
"Qoşadaş"da dəniz dibinin tədqiqatına başlanılır - Açıqlama
"Fitch" İranla bağlı proqnoz verib
Daha bir amerikalı hərbçi həlak oldu
"HABER GLOBAL"IN RƏHBƏRİ İRAN RƏHBƏRLİYİNƏ "ÇAQQAL" DEDİ - FOTO
Ülviyyə Axundova yeni vəzifəyə təyinat aldı
"Zülfiyyə xanım icazə vermədi, eybi yox" - VİDEO
"Elmin" şadlıq sarayının fəaliyyəti dayandırılıb
Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama
"Google"u 11,4 milyon cərimələndi - Rusiyada
İran hökuməti: "Həlak olanlar arasında 206 qadın və uşaq var"
Pensiyalarla bağlı açıqlama yayıldı
"AZƏRİŞIQ" QANUNU POZUB: bir ayı gözləmədən işıq kəsmək və... - "RƏY HOQQABAZLIĞI" DA RƏSMƏN ARAŞDIRILIR
Qələmşah Qədimov 20 kq narkotiklə saxlanıldı
AAYDA və tabeli qurumlarda maaş böhranı yaşanır - "Fevralın maaşı hələ də ödənilməyib!"
“BİZİ BURA KİNOYA BAXMAĞA ÇAĞIRIBLAR?” – Komitə sədri əsəbləşərək AHİK-in tədbirini tərk edib + FOTOLAR
ADSEA-nın tabeliyindəki qurumda yoxlama başlayıb