11-07-2019 [00:14]
Qoç - ideyalarınızı unutmayın. Onlardan birindən yararlana bilərsiniz. Bəzi ideyaları reallaşdıranda tələsməyin. Çətin məsələni çözmək gərəkdirsə, problemlərin həllinə yaradıcı yanaşın. Belədə işlər daha uğurlu alına bilər.
Günün ikinci yarısında kommersiya və ticarətlə bağlı məsələlərdə irəliləyiş ola bilər. Daxili durumunuzu dəyərləndirin, son addımlarınızı təhlil edin. Axşam saatlarında ağır işlə, intensiv fiziki təmrinlərlə məşğul olmayın. Səhhətinizin qeydinə qalın.
Vücudunuzda ağrılar hiss edə bilərsiniz.
Buğa - mövqelərinizi möhkəmləndirmək, irəliləmək, yeni zirvələr fəth etmək üçün yaxşı zamandır. Ətrafınızdakı insanların dediklərini qulaqardına vurmayın. Münasibətlər qarşılıqlı sayğı və hörmət əsasında olmalıdır.
Uzunmüddətli ödənişlərlə yanaşı, əlavə mənbədən gəlir istisna deyil. Mühüm saydığınız layihəni təkmilləşdirə bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda sərinliyə səbəb olmayın. Sizə xoş münasibət bəsləyən insanın qəlbini qırmayın, ürəyinə dəyməyin. Yalnız özünüzü, öz maraqlarınızı və mənafelərinizi düşünməyin.
Əkizlər - informasiya texnologiyaları və kommunikasiyalarla məşğul olursunuzsa, uğurlu zamandır. Məsləhətlərə qulaq asın, sizə dəyər verən insanların önəmini bilin. Ətrafınızdakı insanlardan biri ilə dil tapa bilərsiniz. Diqqətli olun, təhlil etməyə çalışdığınız məqamın təfərrüatlarını aydınlaşdırın.
Günün ikinci yarısında mövqeyinizi aydın şəkildə izhar edin, rəqibləri üstələməyə çalışın. Yazışmalarda sözləri ehtiyatla seçin.
Yaşam tonusunuzun səviyyəsini artırmaq üçün axşam saatlarına yaxın bir qədər istirahət edin. Bədən tərbiyəsini, idmanı unutmayın. Fəqət, özünüzü çox yormayın.
Xərçəng - vaxtınızdan rasional istifadə etmək üçün böyük problemləri kiçik çətinliklərə bölmək və onları mərhələlərlə həll etmək olar. Belədə ən mürəkkəb, məsuliyyətli işin öhdəsindən gələ bilərsiniz.
Bəzi məqamlarda güzəştə meylli olmaqda fayda var.
Günün ikinci yarısında kollektiv fəaliyyətə üstünlük verin. Yaxınlarınızla münasibətlərin qədrini bilin. Emosional olmayın, tələsik qərarlar verməyin. Vəziyyətdən hali olmamış kimsəni tənqid etməyin.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Şir - gün problemlər və anlaşılmaz situasiyalar vəd edir. Hər şeyə rəğmən, əhvalınızı korlamayın, bədbinliyə qapılmayın. İşlərinizin nəticəsindən narazı qalmağınız, yaxın gələcəklə bağlı perspektivləri pis görməyiniz istisna deyil. Özünüzü itirməyin. Layihələrin bir qismində dəyişikliklər etmək, nüansları yeniləmək imkanları var.
Günün ikinci yarısında ailə işləri və məişət qayğılarında kəskin dəyişikliklər ola bilər. Planlarınızın zəruri dəyişikliklərə ehtiyacı var. Yeni şərtləri dəyərləndirin, situasiyanın məcrasını çözərək maraqlarınızı təmin edin.
Axşam saatlarında gəzintiyə çıxmaq məsləhətdir.
Qız - kiçik işlərə və rutin məsələlərə həddən artıq vaxt ayırmayın. Belədə önəmli məqamlardan biri nəzərdən qaça bilər. Əvvəlcə əsas problemlərin həllinə başlayın. Kiçik işlərin çözümünü isə sonraya saxlamaq olar.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla sirlərinizi bölüşməyin.
Şəxsi münasibətləri heç bir səbəb olmadan təftiş etməyin. Hissləriniz barədə yalnız inandığınız insanlara danışın. Əks təqdirdə dedi-qodu və şayiə obyektinə çevrilə bilərsiniz.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Tərəzi - dostların zarafatlarından inciməyin. Yaxınlarınızdan biri sizinlə xoş zarafat edəcək. Münasibətləri korlamayın, yumor hissinə malik insan olduğunuzu göstərin. Anlaşılmazlıq baş verə bilər. Fikir ayrılığı və ya ixtilaflar situasiyaya təsir edəcək. Ruhdan düşməyin. Əsla bədbinliyə qapılmayın.
Bir zamanlar dəstək verdiyiniz insan sizə yardım edəcək.
Günün ikinci yarısında yaradıcılıq potensialınızdan istifadə edin. Ev işləri və məişət qayğıları sizi cəlb etməsə də, o işləri qulaqardına vurmayın. Əks təqdirdə ailə üzvlərinin sərt tənqidi və narazılığı ilə qarşılaşa bilərsiniz.
Əqrəb - üçüncü şəxs barədə söhbətə sizi də cəlb etmək istəyirlərsə, belə müzakirədən uzaq durun. İşlərin öhdəsindən təkbaşına gələ bilərsiniz. Anlayacaqsınız ki, ən çətin problemləri çözmək iqtidarındasınız.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Axşam saatlarına yaxın yorğunluq və bihallıq hissləri yarana bilər. İstirahət edin, əylənin. Yaxşı kitab da oxumaq olar.
Oxatan - günün ilk yarısında aparılan danışıqlar və müzakirələr pis alınmayacaq. Mövqeyinizin səbatlı və dürüst olduğuna qarşı tərəfi inandırın. Asanlıqla geri çəkilməyin. Amma bununla belə, sərt və kobud olmayın.
Məqsədə çatmağın yolları arasında hamısı yaxşı deyil. Təbii ki, özünüzü düşünməklə yanaşı, yaxın ətrafınızdakı insanların da maraqlarını nəzərə almalı olacaqsınız.
Günün ikinci yarısında vədləri yada salın. Kiməsə nəyisə söz veribsinizsə, edin. Öhdəlikləri yerinə yetirin. Yaxınlarınızla ünsiyyətlə kifayətlənməyin. İşləri başa vurmaq üçün yeni tərəfdaşa, müttəfiqə ehtiyacınız var.
Oğlaq - günün ilk yarısından etibarən hadisələrin məcrasında ciddi dəyişikliklər olacaq. Proseslərə süni təkan verməyin, düşünülməmiş addımlar atmayın. Gündəlik, rutin qayğıların həllini ertələməyin. Yeni layihənin reallaşmasını isə daha münasib vaxtadək təxirə salın.
Günün ikinci yarısında təşəxxüslü olmayın, bilik və bacarıqlarınızı nümayişkaranə şəkildə göstərməyin. Dostlarla münasibətlərə yenidən baxmaq, bəzi nüansları təhlil etmək olar.
Maraqlandığınız insanla kommunikasiyaları yeniləyin.
Dolça - münaqişə və mübahisələri həll edə bilərsiniz. Dartışmalar uzun, çək-çevirli olsa belə, çıxış yolunu arayın. Başqasının fikirlərinə sayğı ilə yanaşın. Maraqların qarşılıqlı təminatı üçün gərəkli addımları atın.
Günün ikinci yarısında gəlir əldə etməyiniz istisna deyil. Borcun qaytarılması, mükafat alınması ola bilər.
Sevdiyiniz insanla qarşılıqlı anlaşmaya nail olmaq istəyirsinizsə, zəhmət çəkməlisiniz. Prosesə üçüncü tərəfi cəlb etməyin.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Balıqlar - günün ilk yarısından intensiv işləməyə çalışın. Məhsuldarlıq uğur vəd edir. Bəzi problemləri həll etmək asan olmasa da, situasiya sizin fəaliyyətinizə mənfi təsir etməməlidir. Üstəlik, çətinliklərin dəf olunması üçün orijinal metodlardan yararlana bilərsiniz.
Günün ikinci yarısında kommunikativ imkanlarınıza güvənin. Olaylara reaksiyanız sürətli olmalıdır.
Axşam saatlarında səhhətinizin qeydinə qalın. Müalicəyə başlamaq olar. Aktivliyi bir qədər azaldın. Dəyər verdiyiniz insanları dinləyin. Sevdiyiniz insanı sevindirin.
Milli.Az
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək