17-06-2019 [23:31]
1993-cü ilin bu günlərində Azərbaycanda baş verən ziddiyyətli olaylarda üzdə olan fiqurlardan biri də sabiq AMİP lideri Etibar Məmmədov olub.
O dövrdə E. Məmmədova müxtəlif vəzifələr təklif olunması, lakin onun razılaşmaması haqda söz-söhbətlər dolaşırdı.
Bəs o günlərdə Azərbaycanın aparıcı müxalif siyasi liderlərindən olan bu şəxs nədən vəzifəsiz qalıb?
-Etibar bəy, 1993-cü ilin iyununda AXC iqtidarı və Heydər Əliyevlə hakimiyyət bölgüsü müzakirələrində sizin iştirakınız necə olub?
- O dövrdə mənə müxtəlif təkliflər edilib. Elçibəy Kələkiyə getməmişdən öncə Baş nazir vəzifəsi təklif etmişdi. Hətta axırıncı gün, yəni iyunun 17-də gündüz mən müəyyən şərtlər irəli sürmüşdüm, onlar da razılaşdırılmışdı və mən hökumət başında durmağa razılıq vermişdim. Lakin həmin gecə Elçibəy çıxıb getdi və bununla da məsələlər dəyişdi. Heydər Əliyev də vəzifələr təklif edib mənə. Sadəcə, ona da bildirmişəm ki, mənim məqsədim vəzifə xətrinə post tutmaq deyil. Mən sizinlə ölkəniin inkişafı haqda müəyyən razılaşmaya gəlməliyəm, bilməliyəm ki, siz ölkəni hansı istiqamətə aparacaqsınız. Əsas tələbim də ondan ibarət olub ki, Konstitusiyada dəyişiklik edilməli, yenidən parlament seçkiləri keçirilməli, yalnız bundan sonra prezident seçkiləri keçirilməlidir. Lakin Heydər Əliyev həmin şərtlərlə razılaşmadı və ona görə də mən heç bir vəzifəni qəbul etmədim. Burada gizlin bir şey yoxdur...
- Baş nazir vəzifəsini Elçibəy özü şəxsən təklif etdi sizə?
- Bəli. Heydər Əliyevlə birlikdə söhbət zamanı. Əvvəlcə iyunun 15-də, sonra 16-da təklif edilib. İyunun 17-də günorta saatlarında isə dediyim kimi, Elçibəylə təkbətək görüşəndə o, baş nazir olmağım barədə təklifi verib və hətta deyib ki, bu haqda fərman da hazırdır. Axşam da yenidən görüşüb razılığa gəlmişik...
- Bəs Əbülfəz bəy Kələkiyə getdikdən sonra Heydər Əliyev özü ayrılıqda hansı vəzifəni təklif etdi?
-Heydər Əliyev Ali Sovetin sədri olanda mənə 1-ci müavin vəzifəsini təklif edib. Daha sonra isə baş nazirin 1-ci müavini və xarici işlər naziri vəzifələrini...
Lakin dediyim kimi, mənim şərtlərim qəbul edilmədiyindən bunların heç biri ilə razılaşmamışam.
- Belə çıxır ki, siz o dövrdə Azərbaycanda yaranmış xaotik situasiyada Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə razılaşmısınız?
- Bilirsiz, Heydər Əliyev o dövrdə həlledici fiqurlardan biri idi. Lakin yenə deyirəm, Heydər Əliyevi Bakıya mən dəvət etməmişəm. Bu, AXC liderlərinin özlərinin təşəbbüsü ilə olub. Onlar yığışıb belə qərara gəliblər ki, Heydər Əliyevi Bakıya dəvət etsinlər və ona hakimiyyət bölgüsünü də təklif etsinlər. İndiyədək bunu dəfələrlə İsa Qəmbər, Pənah Hüseyn və digərləri də etiraf edib ki, biz o vaxt toplandıq və belə qərara gəldik. Hakimiyyətdəkilər belə bir qərara gəldikdən sonra mən niyə etiraz etməli idim?..
Moderator.az
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR