Şəhidimiz Qaxda dəfn olundu

img

31-05-2019 [12:25]


Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi dəfn edilməsi üçün Qax rayonuna gətirilib, daha sonra Lələpaşa kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində Qax Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib, havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, şəhid mayor Aqil Omarov ailəli olub və iki oğlan övladı var.

***

Azərbaycanın Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusunun nəşi Qax rayonuna gətirilib.

Mia.az "Report"a istinadla xəbər verir ki, şəhidin nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq onun doğulub boya başa çatdığı Lələpaşa kəndindəki evinə gətirilib. 

Şəhid saat 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA