Əli Kərimlinın qaynı ilə jurnalistin işi Avropa Məhkəməsinə çıxarıldı - Açıqlama

img

20-05-2019 [20:20]


"Avropa Məhkəməsi 2 iş üzrə kommunikasiyaya başlayıb".

Mia.az xəbər verir ki, bu barədə vəkil Əsabəli Musatafayev məlumat verib.

O bildirib ki, bu şikayətlərdən biri 2012-ci ildə keçmiş MTN tərəfindən tutulmuş AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov barəsində seçilmiş həbs qətimkan tədbirinin qanunsuzluğu haqqındadır:

"Mən milli instansiyalarda Fəxrəddin Mehdiyev ilə birlikdə onun vəkili olmuşuq. Avropa Məhkəməsində də nümayəndəsiyəm. Hökümətə yönəlmiş suallardan biri Seyidovun xəstəliyinin onun həbsdə saxlanmasına imkan verib-verməməsi ilə əlaqəlidir".

Mustafayev deyib ki, digər iş yenə MTN tərəfindən 2014-ci ildə tutulmuş jurnalist Pərviz Həşımlı barədə həbs qətimkan tədbirinin qanunsuzluğu ilə bağlıdır. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA