Deputat MM-də: “Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək”

img

17-05-2019 [13:49]


"Bizə deyirlər ki, xalqı çaşdırırsınız. "Biz xalqa "can” desək, onlar bizə "azar” deyəcək. Amma xalqımız bilməlidir ki, onları yoldan çıxaran müxalifət bizi gözdən salır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

"Dodaq bir qurtum suya həsrət olan kimi, biz də Qarabağımızı istəyirik. 1992-ci ildə Şuşa işğal ediləndə çoxumuz az qala intihar eşqinə düşmüşdük. Paşinyan siyasi əxlaqsızlığın ən böyük nümunəsini göstərir. O, Qarabağdan bizə acıq verir. Kim bizim torpağımızı almağa qoymur? Açıqlansın, bilək... Rusiyadırmı, Fransadırmı, bilməliyik. Biz torpaqlarımızı işğaldan azad etməliyik. Nə vaxta qədər gözləməliyik?!”, -  T.Kərimli əlavə edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA