Samir Şərifovdan ABŞ-a mesaj: “907-cü düzəliş aradan qaldırılsa..."

img

17-05-2019 [11:30]


Bakıda Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının 4-cü iclası işə başlayıb.

Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov sonuncu iclasında 7 il bundan əvvəl keçirildiyini xatırladıb.

"İnanıram ki, bundan sonra bu cür tədbirlər mütəmadi keçiriləcək”, - nazir qeyd edib.

S.Şərifovun sözlərinə görə, bu günə qədər ABŞ Azərbaycana 13,3 mlrd. dollar, Azərbaycan isə ABŞ-a 8,2 mlrd. dollar investisiya qoyub. Ötən il ABŞ-ın Azərbaycana ixracının dəyəri 530 mln. dollar, Azərbaycanın ABŞ-a ixracının dəyəri isə 33 mln. dollar təşkil edib.

"Bu rəqəmlər daha yüksək ola bilərdi. İki ölkə arasında əməkdaşlıq genişləndirilməlidir. Azərbaycan ABŞ-ın Qafqaz regionunda ən böyük tərəfdaşıdır. Xəzər dənizindəki neft-qaz yataqlarının işlənilməsi və karbohidrogen ehtiyatlarının dünya bazarına nəqlində ABŞ Azərbaycana hər zaman dəstək olub. Bu gün ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində verdiyi dəstək əvəz olunmazdır. Bununla belə, iki ölkənin siyasi və iqtisadi əlaqələrinə kölgə salan məsələlər də mövcuddur. Məsələn, 907-ci düzəliş aradan qaldırılsa, Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf edər. Buna və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə ümid edirik”, - nazir qeyd edib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA