ABŞ-ın daha bir ştatı Azərbaycanla bağlı bəyannamə imzaladı

img

13-05-2019 [10:17]


ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhəri 28 may tarixini "Azərbaycan Milli Günü” elan edib. 

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Mia.az-a verilən məlumata görə, bununla bağlı şəhər meri Kristina Shea (Christina Shea) tərəfindən müvafiq bəyannamə imzalanıb.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilən bəyannamədə azərbaycanlı-amerikalıların şəhərin sosial və iqtisadi həyatına əvəzolunmaz töhfələr verməkdə davam etdiyi bildirilib.

Bəyannamədə azərbaycanlı-amerikalıların güclü ailə bağları, ictimai dəstək və zəngin mədəni irsi vasitəsilə ABŞ-da daha da güclənərək inkişaf etdiyi qeyd olunub.

Sənəddə bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram etdiyi vurğulanaraq, Şəhər Şurasının Örvaynda yaşayan azərbaycanlı-amerikalı icmasının dəyərli töhfələrini təqdir etdiyi diqqətə çatdırılıb.

Bəyannamənin sonunda Örvayn Şəhər Şurası tərəfindən 28 may tarixi sözügedən şəhərdə "Azərbaycan Milli Günü” elan edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA