07-05-2019 [11:16]
Əfsanəvi polis xəfiyyəsi - Ejen-Fransua Vidokun 1828-ci ildə yazdığı elmi-fəlsəfi memuar xarakterli "Parisin sirləri”, "Oğru: əxlaq və psixologiya” əsərləri Onore de Balzakın yazdığı ön sözlə nəşr olunub.
Təhlil və araşdırmalara görə, Vidokun təcrübəyə əsaslanan qeydləri və tövsiyələri tərbiyəvi mahiyyət daşımaqla, əməliyyat-axtarış işinin, kriminalistikanın konstitusiyasıdır. Bunu nəzərə alaraq, Bakı şəhər Baş Polis İdarəsinin "Polis” qəzeti Vidokun "Parisin sirləri”, "Oğru: əxlaq və psixologiya” əsərlərindən parçaların ilk dəfə Azərbaycan dilinə tərcüməsinə başlayıb.
Jan Valjan fransız ədəbiyyatında Viktor Hüqonun "Səfillər” əsərində yaratdığı obraz yox, tarixi şəxsiyyət Ejen-Fransua Vidokdur. Vidok qatı cinayətkar olmaqla, dueldə adam öldürməkdən zövq alan, dövrünün ən məşhur oğrusu olub, tarixi olmayan kriminalistika və detektivin əsaslarını yaratmaqla dünyaya zəngin təcrübəyə əsaslanan irs bəxş edib. Öz təcrübəsi ilə sübut edib ki, hətta ən qatı cinayətkar belə islah oluna, cəmiyyətin faydalı üzvünə çevrilə bilər.
1775-ci il təvəllüdlü və 1857-ci ildə dünyasını dəyişən E.Vidokun həyatı 150 ildən artıqdır ki, əməliyyat-axtarış işinin öyrənilməsində və tətbiqində tədris olunur. Parisin cinayətkar aləminin bütün sirlərini bəşəriyyətə təqdim edən Vidokun cinayətin tərkibi, motivi, cinayətkarlığın fəlsəfəsi, psixologiyası, şübhəli şəxsi müəyyən etmə, agentura, rezident işinin təşkili və aparılması, cəza, kriminalistika ilə bağlı xeyli tövsiyələri var ki, bütün dünya onun təcrübəsindən istifadə edir. Heç təsadüfi deyil ki, o, dünyada "əməliyyat-axtarış işi” və "istintaq-əməliyyat işi”nin, "kriminalistika”nın atası hesab olunur.
Cinayətkar davranışın psixologiyası
Asayişin mühafizəsi hamını maraqlandırır. Həm də etibarlı mühafizəsi görünən polislə yanaşı, görünməyən polisin fəaliyyətindən daha çox asılıdır. Səbəblər var. Çünki hər bir cinayətkar çalışır ki, maskalanmaqla özünü cəza təhdidindən yayındıra bilsin. Ona görə də gizli polisin olması, cinayətkarların içərisinə sızmaqla fəaliyyəti bütün dövrlərdə səmərəli olub. Bunu cinayətkarlar da yaxşı bilir. Polisin gizli agenti - xəfiyyə olmaq, cəmiyyətə faydalı insan kimi xeyir vermək mənim cinayətkar aləmdən xilas yolum idi. Bunu duyurdum və bilirdim. Çox düşündüm, yorulmuşdum, bezmişdim cinayətkar əməllərlə məşğul olmaqdan. Namusla yaşamağa səbrimiz çatmadığından insanları öldürür, talayırdıq. Məcbur idik. Çünki yaşamaq üçün bizə daha çox pul lazım idi...
Cinayətkarlar insanlarını təkcə varını, pulunu, mülkiyyətini talamır, onların illərlə çəkdiyi zəhmətinə, qazancına qəsd edir, yaxud buna mane olanda isə onların sağlamlığına zərbə vurur. Yadımdadır ki, bu barədə həmişə düşünürdüm, ancaq təhlükəli əməllərimdən əl çəkməyə tələsmirdim. Artıq razılıq vermişdim, pis və təhlükəli əməllərimdən əl çəkib dövlətin yanında olmaq, bütün cinayətkarları ifşa etmək, cəmiyyəti ictimai təhlükəli əməllərdən qorumağı başlıca vəzifə hesab edirdim.
Və beləcə işə başladım. Bunları yazmaqda məqsədim odur ki, bütün dünya bilsin – daha yaxşı yaşamaq üçün yol cinayətdən keçmir. İllərlə qazandığım təcrübə deyir ki, həmişə cəmiyyətin mənafeyi şəxsi maraqlardan üstün olmalıdır.
O dövrə qədər ki, polis üçün yalnız mən xəfiyyə kimi çalışmırdım, qorxurdum, ehtiyat edirdim. Çünki bilirdim ki, gördüyüm işlərin sonu yoxdur. Bu vaxt mənim Qafre adlı köməkçim vardı. O, məndən əvvəl xəfiyyəçiliyə cəlb edilsə də, ancaq onun iş prinsiplərini bəyənmədiyimdən bizim birgə fəaliyyətimiz çox çəkmədi. Mən öyrəndim ki, o, çox pis həyat tərzi keçirir, bu barədə Paris Polis İdarəsinin Agentura şöbəsinin rəisinə məlumat verdim. O yalan danışır, dövlətin maraqlarını öz bildiyi kimi yönəldir, cinayətkarlara məlumatlar ötürürdü. Onu işdən qovdular və Parisi tərk etmək göstərişi verildi. Polis xidmətində xüsusi qabiliyyətləri ilə seçilməyən, amma həbsxanalarda əldə etdikləri informasiyalardan yararlanmaqla kömək edən bir neçə şəxs də vardı. Onlara daimi məvacib verilmirdi və bu şəxslər yalnız üstü açılan cinayətlərə görə haqq alırdılar. Bu şəxslər azadlığa çıxan residivistlər arasından cəlb olunmuşdular. Həmçinin, oğrular vardı ki, onlara müəyyən etdikləri fırıldaqçıları ələ verəcəkləri şərti qoyaraq, Parisdə işləmələrinə mane olmurdular. Başqa sözlə, onlara şərait yaradılırdı. Və mən polisi inandırmağa çalışdım ki, buna lüzum yoxdur.
Cəmiyyəti təhdid edənlər
Bir çox hallarda bu oğrular elə öz yoldaşlarını ələ verirdilər. Bunlardan əlavə, ən aşağı səviyyəli fahişələrlə birgə yaşayan avara və tüfeylilər polis üçün çalışırdı. Nifrətə layiq bu qrupa daxil olan şəxslər oğrular və cibgirlərin yaxalanması üçün qiymətli məlumatlar verirdilər. Bir qayda olaraq, bu şəxslərin məşuqələri yaxalananda onların azad olunması üçün hər bir şeyi etməyə razı olurdular. Tanınmış oğrularla, hansı ki, mütəmadi olaraq, Bisetredə (Fransanın ən məşhur həbsxanası) cəza çəkməyə göndərilirdi, əlaqələri olan qadınların xidmətlərindən də istifadə edilirdi. Bu şəxslər cəmiyyətin ən şərəfsiz, ləyaqətsiz zümrəsi olsa da, bununla belə, təcrübə göstərirdi ki, onlardan istifadə etmək vacibdir. Çünki yalnız polis müfəttişlərinin bacarığına arxayın olmaq olmurdu. Polisin fəaliyyəti onda daha səmərəli olur ki, ən vacib informasiyaları əldə etməklə müvafiq tədbirlər görür. Polis xidməti oğrulara qarşı mübarizədə daimi əməkhaqqı almayan şəxslərdən istifadə etməyə o qədər də həvəs göstərmirdi. Amma bu və ya digər səbəbdən polisə xidmət göstərmək və kölgədə qalmaq istəyənlərin köməyindən yararlanmağa çalışırdı.
Asayişin mühafizə polisinin prefektura rəisi cənab Jan Anri çoxdan anlayırdı ki, hər iki tərəfi itilənmiş qılınc kimi bu şəxslərdən istifadə təhlükəli vəziyyət yaradıb, cinayətkarlıq sürətlə artırdı, hər gün mindən artıq ictimai təhlükəli əməl baş verirdi. Məni polis xidmətinə cəlb etdiyi üçün bu şəxslərdən yaxa qurtarmağa çalışırdı. Çünki cənab Anri qəti əmin idi ki, bir sıra xəstəliklər var, onları yalnız zəhərlə müalicə edirlər. Fəaliyyət dairəmi genişləndirdikcə, gizli agent adı altında oğru şəbəkəsi quranların cinayətkar əməllərini ifşa etdim. Cinayətkarlıq sürətlə azalırdı. Bu, məni sevindirirdi. İşimdən və xidmətimdən olduqca məmnun idim.
Ayaqqabı boyaqçılarından tutmuş, dilənçilər, faytonçular, paltaryuyanlar, qırçılar, çörəkçilər, çobanlar, aşbazlar arasında dostlarım var idi. Hamısını inandırdım ki, "kömək lazımdır”. Bu adamlar şəbəkəmin əsas özəyini təşkil edirdi. Hər bir hadisə yerinə şəxsən gedir, cinayətkarların üslub və metodunu görməklə onu kimin törədəcəyini təxmin edirdim. Bu, digər xəfiyyələri qane etmirdi. Və yüzlərlə ikili oynayan xəfiyyələr tərəfimdən cinayət başında yaxalanaraq, həbsə göndərildi.
Cinayətkarlar islah olunan Vidoka qarşı
Mən polis xidmətində çalışmağa başlayan zaman hər iki cinsdən olan gizli agentlər mənə qarşı birləşdilər. Çünki tezliklə sonlarının gələcəyini başa düşmüşdülər. Mən təmiz idim və məni ələ almaq mümkün deyildi. Onlar kimi ikili oynamırdım. Onlar mənə müharibə elan etdilər. Məni məhv etmək üçün nələr fikirləşmirdilər? Amma bu səylərin hamısı nəticəsiz qalırdı. Mən tufana yalnız başını azca əyən palıd ağacı kimi dözdüm. Hər gün məndən yalan məlumatlar verirdilər. Amma cənab Anri polisin nüfuzundan istifadə edərək, mənim düzgünlüyümə təminat verirdi. Qərara alınmışdı ki, barəmdə verilən məlumatlarla tanış olacağam və hər biri barədə yazılı izahat verəcəyəm. Mənə göstərilən bu etimad çox xoşuma gəlirdi və göstərirdi ki, rəhbərlik mənim yaxşı işimə qiymət verməyi bacarır. Artıq dünyada heç nə məni seçdiyim yoldan döndərə bilməzdi.
Hər bir işdə uğur əldə etmək üçün müəyyən qədər entuziazm (güclü ruh yüksəkliyi, coşqunluq) olmalıdır. Mən ümid etmirdim ki, polisin gizli agenti statusunu hörmətli bir vəzifəyə çevirəcəyəm. Amma öz-özümə qürurlanırdım ki, vəzifələrimi ləyaqət və şərəflə yerinə yetirəcəyəm. Mən qorxmaz, ələ alına bilməyən, qərəzsiz, yorulmaz, cəsur insan şöhrəti qazanmaq istəyirdim. Ən azı məni qabiliyyətli və dərrakəli biri olaraq tanımalarına çalışırdım. Səylərimin uğur gətirməsi bu fikri möhkəmləndirdi.
Tezliklə cənab Anri bütün məsələlərdə mənimlə məsləhətləşməyə başladı. Biz gecələri bir yerdə cinayətkarlığa qarşı mübarizə tədbirlərini müzakirə edirdik, bizim səylərimiz nəticə verirdi. Dövlət rəhbərliyi, daxili işlər naziri Fuşe imperatoru gördüyüm işlər barədə mütəmadi məlumatlandırırdı. Oğruların sayında da azalma müşahidə edilirdi. Hətta kiçik gümüş oğruları, cibgirlər tam Parisi tərk edirdi. Bilirdik ki, bu vəziyyət uzun müddət davam edə bilməz. Oğruların köhnə üsulları polisə bəlli idi. Bu vəziyyət yeni oğru nəsli yetişdirməli idi. Elə də oldu. Gözləyirdik. Amma onlar artıq mənim zərərsizləşdirdiyim Bombas, Markiz, Buko, Komner, Bute, Pranje, Dorle, Laroza Qavr, Martin və digər oğru və fırıldaqçılara çata bilməzdilər.
İlk altı ay ərzində mən tək, heç bir köməkçi vasitə olmadan işlədim. Yalnız bir neçə dəfə yüngül həyat tərzi keçirən qadınlar mənə kömək etmişdilər. Sırf təsadüfən bir hadisə mənim polis zabitlərindən asılılığıma son qoydu, hansı ki, bu zabitlər hələ də mənim xidmətlərimi öz adlarına çıxırlar. Bu hal mənə böyük üstünlük verdi və aydın şəkildə polis müfəttişlərinin enerjisinin lazımı səviyyədə olmamasını, onların fəaliyyətsizliyini göstərdi. Onlar çox açıq şəkildə onları işlə həddindən çox yüklədiyimdən şikayətlənirdilər.
Faktlar hadisəyə çevrilir
Hekayətə çox uzaqdan başlayım. 1810-cu ildə görünməmiş oğurluqlar başlamışdı, daha cəsarətli oğrular meydana gəlmişdi. Onlar fəaliyyətlərini yeni formaya keçirmişdilər və polisə yeni nəsil oğru dəstəsinin haqqında xəbərlər gəlirdi. Demək olar ki, bütün oğurluqlar əsasən qapıların sındırılması və yuxarı mərtəbələrə dırmanmaqla həyata keçirilirdi. Birinci və ikinci mərtəbədəki evlər bu qeyri-adi oğrular tərəfindən talan edilirdi. Bu vaxta qədər bu oğrular yalnız varlı evlərə tamah salırdılar, tez hiss etmək olurdu ki, onlar ətrafı beş barmaqları kimi yaxşı tanıyırlar. Bu oğruların tutulması ilə bağlı bütün səylərimiz boşa çıxırdı.
Polis komissarının yaşadığı evdə, Burbon Vilnev yaxınlığındakı Sen-Klod küçəsində ikinci mərtəbədən oğurluq olmuşdu. Qapıdan asılan fənərin kəndiri oğrular üçün nərdivan rolunu oynamışdı. Atlar üçün kisədə qoyulan yem xurcunu sübut edirdi ki, oğrular paytaxtda yük daşıma, taksi xidməti göstərənlərdir, yaxud onlar ekspedisiya zamanı oğrulara yardım göstəriblər. Baxmayaraq ki, oğurluq ustalıqla törədilmişdi, ancaq orda mütləq "iz” olmalı idi. Həmin "iz”i axtarmağa başladıq. Çünki elə bir cinayətkar yoxdur ki, özündən sonra iz qoymasın.
Ardı var...
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"
Göygölün yeni icra başçısı kollektivə təqdim olunub - FOTO
Sabiq prezidentə yumurta ilə hücum olub - "Alçaq!"
TƏHSİLİ GÖZLƏYƏN TƏLATÜM... - Kamran Əsədov yazır