Bakı-Gəncə qatarlarında gediş haqqı 50 faiz endirildi

img

16-03-2019 [11:09]


Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə Bakıdan martın 20-də, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir.

"Azərbaycan Dəmir Yolları” QSC-dən Mia.az-a verilən məlumata görə, qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq: "Novruz bayramı münasibəti ilə "Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq martın 17-dən 31-dək qatarın bizness yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib

Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA