16-03-2019 [00:15]
Qoç - çalışdığınız kollektivdə səbrli və təmkinli davranın. Yaşananlara real baxın. Maraqlarınız yaxın ətrafınızdakı insanların mənafeləri ilə kəskin ziddiyyət təşkil etməməlidir. İllüziyalardan qurtulun.
Günün ikinci yarısında intuisiyanız sizə yaxın gələcəkdəki olayların axarı ilə bağlı dürüst mövqe seçməyə imkan verəcək. Görüşlər, xəbərlər, müzakirələr məzmunlu olmalıdır. Ümumi planları nəzərdən keçirin. Dəyişikliklər və yenilikliklərə praqmat yanaşın.
Mövcud problemləri dəyərləndirəndə hisslərə qapılmayın. Saxtakarlıq təmaslardakı uçurumu aradan qaldıra bilməz. Elə indi işə başlayın.
Buğa - diqqət mərkəzində olsanız da, özünüzü normal hiss etmək üçün nəyinsə çatışmadığını hiss edəcəksiniz. Nisgilə qapılaraq ötənlərdəki hadisələrin önəmini olduğundan artıq dəyərləndirməyin.
Yazışmalarda, hesabatlarda diqqətli olun. Sizi narahat edə biləcək məlumat ala bilərsiniz. Əhvalınız pisləşməməlidir. Məqsədə doğru irəliləmək üçün bu gün geriyə bir addım atmaq olar.
Axşam saatları yazışmalar, zənglər, səfər üçün əlverişlidir. Sevdiyiniz insanı unutmayın. Vaxtınızı şən və mənalı keçirin.
Əkizlər - perspektivlərinizi yaxşılaşdırmaq, fəaliyyət müstəvisini genişləndirmək üçün gərəkli addımları atın. Ambisioz, uzunmüddətli planlar qurmaq olar. Özünü sınayın, risk edin. Yaradıcılıqla məşğul olun.
Günün ikinci yarısında yeni məlumatlar alacaqsınız. Həmkarlar və tərəfdaşlarla əlaqələr, şəriklə təmaslara yenidən nəzər salın.
Məşğul olacağınız yeni işlərlə mümkün qədər çox məlumat əldə edin. Təhsil, bilik və peşəkar məziyyətlərin səviyyəsini artırın. Nə istədiyinizi dəqiqləşdirin.
Xərçəng - baş verən hadisələri təhlil edin. Formalaşmaqda olan təmayüllərin məzmununu anlayın, mahiyyətini dərk edin. Başladığınız işin perspektivlərini görün.
Hisslərlə emosiyaların zahiri izharı daxili tələbatınıza cavab verməyəcək. Həmsöhbətinizə maraqlı olmayan məsələ ilə bağlı iradlarınızı təkrarlamayın.
Günün ikinci yarısında yaşam tonusunuzun səviyyəsini minimuma endirməyin. Aktual problemlərin həllinə başlayın, ikinci dərəcəli məsələlərə sonra da baxmaq olar. Səhhətinizə fikir verin. Diqqətli olun.
Şir - ən çətin problemləri çözmək mümkündür. Yaradıcı ideyalarınız az olmasa da, onların əksəriyyəti praktik deyil. Xəyallara aldanmayın, illüziyalara qapılmayın. Reallıq hissini itirməyin.
Günün ikinci yarısında məqsədləri konkretləşdirin, irəliyə hərəkətə can atın. Potensial tərəfdaşlarınıza yeni təklifinizi anladın.
Axşam saatlarını ailənizlə birlikdə keçirin.
Qız - fəaliyyət sahəsində yeniliklər ola bilər. Situasiyalara kəskin və ən başlıcası süni müdaxilə etməyin. Yaşam sizi nədənsə imtinaya vadar edir. Maraqlanmadığınız, rutin işlərlə məşğul olmaq zərurəti yaranır.
Karyeranızın stabilliyi həmkarlarla münasibətlərdən asılıdır. Çox danışıb az iş görən insanlara qoşulmayın.
Günün ikinci yarısında yaxın gələcəklə bağlı perspektivləri, problemin həll yollarını müzakirə etmək olar. Cari işlərin mümkün qədər tez başa çatdırılmasının asılı olduğu insansınız. Aktiv davranın.
Tərəzi - niyyətlərinizin yanlış anlaşılmasına səbəb ola biləcək addımlar atmayın. Bəzi planları həyata keçirmək çətindir. Hiyləgərlik etməyin, saxtakarlığa əl atmayın. Yaşam enerjinizin səviyyəsi yüksəkdir. Daşınmaz əmlak və ya maliyyə məsələləri ilə məşğul ola bilərsiniz.
Günün ikinci yarısında mövcud problemləri yaxınlarınızla müzakirə edin. Saatlar keçdikcə situasiya gərginləşəcək. Qarşılıqlı anlaşmaya nail olmaq asan deyil. Səbrli olun.
Əqrəb - energetik baxımdan kasad gündür. Motivasiyanız yüksək səviyyədə olmalıdır. Fəqət, həddən ziyadə çalışaraq özünüzü ifrat dərəcədə yormayın. Cari durumda işlərinizin uğur rəhni özünüzə əmin davranışdır.
Mühüm məqamları nəzərdən qaçırmayın.
Günün ikinci yarısında işlərdən laübəli narazılıq problemin mahiyyətinin aydın anlamına çevrilməlidir.
Neqativ emosiyalara uymadan münaqişələri nizamlayın. Sizi maraqlandıran təmaslarda rezonans və qarşılıqlı anlaşma olacaq.
Oxatan - biliklərlə bacarıqlarınızı artırın, fəal olun. Həmkarlarınız və tərəfdaşlarınız sizi yeni layihəyə, fərqli işə cəlb edəcəklər. Ailə üzvləriniz sizdən daha aktiv fəaliyyət gözləyirlər.
Günün ikinci yarısı yaxın gələcəklə bağlı perspektivləri müəyyənləşdirmək olar.
Asan qazanc imkanlarına aldanmayın. Haram pul halalı da aparar. Bacarmadığınız işin qulpundan yapışsanız, məsxərə obyektinə çevrilə bilərsiniz.
Axşam saatları şəxsi yaradıcılıq üçün əlverişlidir. Dostlarla ünsiyyət, səfər, görüş istisna deyil. Xərcləriniz çox olmasın.
Oğlaq - cari işlərdə yenilənmələrə ehtiyac var. Situasiyanı dəyərləndirin, çətin həllərin asan yollarını aramağa çalışın. Yaşamın tələblərini qulaqardına vurmayın. Yaxın ətrafınızdakı insanlardan biri ilə münasibətləri dəyişmək zamanıdır.
Təmkinli və səbrli olun, amma cəsarətli davranın.
Günün ikinci yarısı sürprizlər vəd edir. İmpuls və siqnallara fikir verin. Dəyər verdiyiniz insanların mövqelərini nəzərə alın. Daha ciddi işlərlə məşğul ola bilərsiniz.
Axşam saatlarında önəmli məsələ ilə bağlı qərar qəbul etməlisiniz. Tərəddüd etməyin. Hadisələrin axarında ciddi dəyişikliklər olacaq.
Dolça - eyni vaxtda çox işə başlamayın. Rəqiblərin manevrlərini əvvəlcədən təxminləyin, onları üstələməyin yollarını arayın.
Diqqət mərkəzində olacaqsınız. Nədənsə imtina etmək, nə iləsə vidalaşmaq zamanıdır. Etibar etdiyiniz insanlarla çalışa bilərsiniz.
Günün ikinci yarısında bəzi ümidlər və illüziyalardan qurtulmaq lazımdır. Gərəkli əlaqələri intensivləşdirin, təmasları aktuallaşdırın. Ümumi plandakı məsələlərdə irəliləyiş ola bilər. İmicdə yeniliklər etmək olar.
Axşam saatlarında məqsədiniz üçün optimal variantı seçin.
Balıqlar - günün ilk yarısında yaşam tonusunuzun səviyyəsi aşağı olacaq. Situasiya sizdən seçim tələb edir. Həddən artıq aktiv olmayın, özünüzü yormayın. Mühüm qərar qəbul etməzdən əvvəl yaxşıca düşünün.
Günün ikinci yarısında ilk baxışdan cazibədar təsir bağışlayan təkliflərə aldanmayın. Şübhəli mənbələrə etibar etməyin. İşgüzar danışıqlar və yazışmalar üçün pis vaxt deyil. Təfərrüatları dəqiqləşdirin.
Bütün borcları qaytarın, yaxınlarınızın təkliflərini və xahişlərini yerinə yetirin. Zərərli vərdişlərdən birini unutmaq olar (Milli.Az)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb