Levan Çixeidze: "Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır"

img

21-02-2019 [19:35]


"Xocalıda törədilən cinayət bir millətə qarşı soyqırımıdır. Bu faciəyə bütün dünya ictimaiyyəti, o cümlədən Gürcüstan dövləti qiymət verməlidir. Cinayətkarlar layiq olduqları cəzanı almalıdırlar".

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Levan Çixeidze söyləyib.

O deyib ki, Qafqazda sülhə nail olmaq üçün münaqişələr öz ədalətli həllini tapmalıdır: "Dünya ictimaiyyəti bunun üçün bütün səyləri birləşdirməli, işğalçı ölkələrə qarşı birgə mübarizə aparılmalıdır. Bu cür cinayətlərin təkrar olunmaması üçün biz də öz sözümüzü deməliyik. Gürcüstan parlamenti Xocalı soyqırımının tanınması ilə bağlı qərar qəbul etməlidir. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bizə dost və qardaş olan bir xalqın başına gətirilənlərə biganə qala bilmərik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA