Bu il “ASAN xidmət”in mobil tətbiqi istifadəyə veriləcək

img

20-02-2019 [22:15]


"Bu il ərzində Şamaxı, Kürdəmir, Ağcabədi, Tovuz və Balakən rayonlarında "ASAN xidmət” mərkəzləri açılacaq”.

"Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.

O, Səyyar "ASAN xidmət”in iki istiqamətdə fəaliyyət göstərdiyini vurğulayıb: "Səyyar "ASAN xidmət”lər "ASAN xidmət”in olmadığı ünvanlarda və sifariş əsasında fəaliyyət göstərir". 

Ü.Mehdiyev həmçinin bu yaxınlarda "ASAN xidmət"in imkanlarından mobil telefon vasitəsilə də faydalanmağın mümkün olacağını vurğulayıb: "Bu, "ASAN xidmət”in mobil tətbiqi istifadəyə verildikdən sonra mümkün olacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA