"Azərbaycan ən kritik anlarında bizi qazsız qoymayıb" - Saakaşvili İvanişviliyə mesaj verdi

img

20-02-2019 [16:17]


"Azərbaycan ən kritik anlarında bizi qazsız qoymayıb".

Bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.

"Bizim ən kritik anlarımızda belə qaz tədarükündən imtina etməyən Azərbaycan kimi strateji tərəfdaşımız var. Bir tərəfdə soyuq qışda qaz kəmərini partladıb Gürcüstanı qazsız qoyan Rusiyadır, digər tərəfdə rus qazından minimum 20% daha ucuz Azərbaycan. İvanişvili əhaliyə bahalı qaz satışından on milyonlarla lari qazanacaq”, – deyə o, bildirib.

Qeyd edək ki, bundan öncə rəsmi Tiflis Gürcüstanın qazla təchizatının diversifikasiya üçün Rusiyadan qaz alacağını elan edib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA