“Hakimiyyətin daxilindəki rüşvətxorlar islahatlardan narahatdır” - Partiya sədrindən ittiham

img

20-02-2019 [12:59]


"Prezident islahatlara başlayır, müsbət addımlar atır, xalqla görüşür, onların problemlərini həll edir radikal müxalifət nümayəndələri bunu fərqli istiqamətə yozurlar”.

Bu fikirləri Mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, Əli Kərimli və Cəmil Həsənlinin mitinq təyin etməsi də xəyanətlərinə don geyindirmək məqsədi daşıyır.

Daha sonra Hafiz Hacıyev bunları deyib: "Bu adamlar hər zaman Azərbaycan dövlətinə, xalqına xəyanət ediblər. Guya Prezident bunlardan qorxub islahatlara başlayıb. Gözlərinin içinə kimi yalan danışırlar. Bu xəyanətkarlar hər zaman istəyiblər ki, ölkədə vəziyyət ağır olsun. 25 ildir, müxalifət adından milyonlar qazanırlar. Vətəni, milləti satırlar. Cəmil Həsənlinin kimlərə işləməsi hamıya aydındır. Prezident islahatlara başlayır, amma Milli Şuradakılarla hakimiyyətdəki xəyanətkarlar bu prosesi zədələməyə çalışırlar. Çünki ölkədə qarışıqlıq olması bu mənfur qüvvələrə sərf edir. Bunların əlinə bir konspekt veriblər ki, get mitinq keçir, bunları de, xalqın fikrini yayındır. Onsuz da böyük əksəriyyət onların kimliyini yaxşı bilir deyə, onlara inanmır. Ona görə də bunların növbəti mitinq qərarı da mənasız bir şeydir. Kərimov Əli bir sözü min dəfə təkrar edir. Niyə bu qədər mənəviyyatsızlıq edirlər?

2017-09-03-23-23-01hafizqelem.jpg (600×800)

İndi də kredit borclarının silinməsi məsələsi gündəmə gəlib. Milli Şura rəhbərliyi başlayıblar ki, bəs, bizdən qorxduqları üçün belə edirlər. Axı siz kimsiz ki, sizdən qorxalar? Əli Kərimli, Cəmil Həsənli xəstə adamlardır. Bu adamlardan xəyanətdən başqa nə gözləmək olar? Hər sahə üzrə islahatlar gedir, bunlar narahat olmağa başlayıblar. Bunların yiyəsi kimdirsə, çəkib aparsınlar. Sbitlik çox vacibdir, ölkədəki sabitliyi pozmaq olmaz.

Hakimiyyətin daxilindəki rüşvətxorlar da islahatlardan narahatdır. Əlimdə konkret faktlar var ki, kimlər narahatdır. Kimlər xəyanətkar planlar cızır. Prezident də artıq bunu duyub və ciddi addımlar atır. Biz də Prezidentə bu işdə dəstək verməliyik, xəyanətkarların kökünü kəsməliyik”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA