"İki dövlətin dostluğunun qarşısını heç bir zaman ala bilməyəcəklər" - Əli Əhmədov

img

19-02-2019 [16:09]


 "Türkiyə bölgənin ən güclü, əzəmətli dövlətinə çevrilib. Türkiyə bölgənin nəinki liderinə çevrilib, hətta dünyanın çox güclü, möhtəşəm dövlətinə çevrilib”.

"Report” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov Bakıda səfərdə olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşündə deyib.

Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan xalqı Türkiyənin uğurlarına hər zaman sevinir: "Türkiyənin uğurları bizi dost və qardaş olaraq daim sevindirir. Biz azərbaycanlı olaraq bununla qürur duyuruq. Eyni zamanda Azərbaycan da gündən-günə güclənir. Bu birlik və qardaşlıq bizim gücümüzə möhtəşəmlik qatır. İki dövlətin dostluğunun qarşısını heç bir zaman ala bilməyəcəklər. Çünki iki dövlət bir-birinə o qədər bağlıdır ki, onların dostluğunun qarşısını kəsmək qeyri mümkündür”.

"Türkiyədəki sabitlik bizi çox sevindirir. Bu da Türkiyənin qüdrətinin bariz nümunəsidir. Hesab edirəm ki, Türkiyə və Azərbaycan birlikdə daha da güclənəcək”, - deyə Ə.Əhmədov əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA