"Minsk qrupu həmsədlərini tam şəkildə dəstəkləyirik” - ATƏT sədri

img

19-02-2019 [14:59]


"ATƏT-dəki sədrliyi dövründə Slovakiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir".

Bu barədə ATƏT-in fəaliyyətdəki sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşünün yekununa həsr olunan mətbuat konfransı zamanı bildirib.

ATƏT sədri həmsədrlərlə mütəmadi olaraq görüşdüyünü dilə gətirib: "Dağlıq Qarabağ məsələsinin həlli üçün mövcud çərçivəni dəstəkləyirik. Minsk qrupu həmsədlərini tam şəkildə dəstəkləyirik”.

M.Layçak Ermənistanda seçkilərdən sonra "yeni vəziyyət”in yarandığını söyləyib.

"Qarşımızda çox güclü etimad göstərilən, çox yüksək ümidlər bəslənən bir hökumət var. Səfərimin bu mənada (Dağlıq Qarabağ münaqişəsinin həlli – red.) nələr gözləyə, hansı nəticələr əldə edə biləcəyimizi aydınlaşdırmağa kömək etməsini istərdim”, – ATƏT sədri deyib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA