18-02-2019 [20:50]
Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri və Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun Bakıya gəlməsi və 80 illik yubileyini qeyd etməsi ötən bazar gününün sensasiyalı xəbəri oldu.
Yubiley tədbirindən çəkilmiş fotolardan bəlli oldu ki, tədbirə Milli Şuranın rəhbər şəxslərindən heç kim dəvət olunmayıb, yalnız sənət adamları, yazıçılar, şairlər dəvətlilər sırasında olub.
Mia.az tədbirdə iştirak edən professor Qulu Məhərrəmlinin musavat.com-a müsahibəsini oxuculara təqdim edir:
- Qulu müəllim, Rüstəm İbrahimbəyovun qəfildən Bakıya gəlməsi, yubiley məclisi düzənləməsi və sizə də iştirak üçün dəvət göndərməsi çoxları üçün təəccüblü oldu. Sizin üçün necə?
- Vallah, mən burda təəccüblü bir şey görmürəm. Rüstəm İbrahimbəyov Azərbaycanın çox böyük simalarından biridir, mədəniyyət adamıdır. Arada siyasətlə də məşğul olub, tənqidi fikirlərini deyib. İndi də qayıdır, Kinematoqrafçılar İttifaqı ilə məşğul olur. Mən buna çox normal baxıram. Hesab edirəm ki, heç kim bundan əndişənlənməməli, narahat olmamamlıdır. Çünki Rüstəm İbrahimbəyov təkcə Azərbaycan çərçivəsinə sığan adam deyil. Dünya çapında olan bir incəsənət, mədəniyyət xadimidir. Ona görə də belə bir adamın Azərbaycanla təmasda olmağı, onun mədəni həyatında iştirak etməsi çox önəmlidir.
- Fikirlərinizlə razıyıq. Amma 2013-ci il prezident seçkilərində iştirak etmək niyyəti, Milli Şuranın sədri olaraq siyasi proseslərdə aktiv iştirak etmək niyyəti, eyni zamanda barəsində həbs təhlükəsinin yaranmasını şəxsən etiraf etməsini də unutmaq olmaz. Bu mənada gəlişi rezonans doğurdu...Bununla bağlı tədbirdə söhbətləşmək imkanınız oldumu?
-Siyasətlə bağlı heç bir söhbətimiz olmadı. Kino ilə, Kinematoqrafçılar İttifaqının işi, özünün yaradıcılıq planları ilə bağlı danışdıq. Siyasətlə bağlı burada müəyyən maraqlı qüvvələr var. Çünki Rüstəm İbrahimbəyovun Bakıya gəlişindən xeyli əndişələnən, narahat olan adamlar görürəm. Onun siyasi fəaliyyəti ilə bağlı əlbəttə, müəyyən təhlillər aparıla bilər, aparılır da... Kifayət qədər qərəzli, yanlış şərhlər də var. Amma bu, bir fikirdir, dövriyyədə var, mən bununla bağlı konkret heç nə deyə bilmirəm. Bizi onunla siyasi motiv birləşdirmir.
- Fotodan da görünür ki, mehriban söhbət edirsiniz. Başqa nədən danışdınız?
-Adam bir yerə dəvət olunanda yaxın adam hesab olunur və dəvət olunur. Çünki mən bütün situasiyalarda, Rüstəm İbrahimbəyova qarşı olan hücumlarda obyektiv olmağa çalışmışam. Çünki bu hücumların çoxu qərəzlidir, bir mərkəzdən idarə olunur. İndi də o cürdür. Əvvəl deyirdilər niyə gəlmir, indi də soruşurlar ki, niyə gəlib? Bütün bunları bir tərəfə qoyub Rüstəm İbrahimbəyovun yaradıcı fəaliyyətinə diqqət etmək lazımdır.
- Təsadüfən onu müsahibəyə dəvət etmədiniz ki?
- Xeyr. Şəxsi planda heç bir dəvət olmadı. Rüstəm İbrahimbəyovun miqyası çox böyükdür. Bu gün ona daş atanlar bir şeyi anlamalıdır ki, Rüstəm İbrahimbəyov çox yüksəkdədir. Yəni atdıqları daşların geri qayıtmağını da düşünsünlər. Bu gün Rüstəm İbrahimbəyova qarşı çoxlu subyektiv, qərəzli, düşünülmüş hücumlar var. Təbii ki, mən onları təqdir eləmirəm. Hesab edirəm ki, Rüstəm İbrahimbəyov böyük mədəniyyət adamıdır, kino xadimidir, dünyanın tanıdığı şəxsdir, mədəniyyət sahəsində Azərbaycanın çox parlaq simasıdır, biz onun qədrini və dəyərini bilməliyik.
- Bakıya növbəti dəfə nə zaman gəlmək niyyətindədir? Ümumiyyətlə, planları barədə danışdımı?
- Onun planları ilə bağlı xəbərsizəm. Onu bilirəm ki, may ayında Kinematoqrafçılar İttifaqının qurultayı keçirilməlidir. Bununla bağlı idarə heyətində söhbətlər olub. Deməli, o, Kinematoqrafçılar İttifaqının işini canlandırmaq, Azərbaycan kinosuna yeni nəfəs vermək istəyir. Bu, çox gözəl missiyadır, biz onu təqdir edirik.
- Yeri gəlmişkən, "Qafqaz triosu” ilə bağlı bir söz demədi?
- "Qafqaz triosu”nda əlbəttə, müəyyən qüsurlar var, amma bunu Azərbaycan əleyhinə ekran əsəri kimi qiymətləndirmək yanlışdır. Əlbəttə, "Qafqaz triosu” şedevr deyildi, amma onu anti-Azərbaycan filmi kimi təqdim etmək çox yanlış idi. Kino çəkilib, müəyyən rezonans doğurub, filmdə subyektiv məsələlər var. Bilmək lazımdır ki, kino o şəkildə ümumiləşdirməni sevmir. Ona görə də Rüstəm İbrahimbəyova hücum edənlərin də sənətdən, filmdən bir az anlayışları olmalıdır, ondan sonra hücum etməlidirlər.
- Qulu müəllim, Rüstəm İbrahimbəyovun siyasətdən getdiyini bildirdiyi deyilir...
-Mən onun siyasətə bağlılığı ilə əlaqədar heç nə deyə bilmərəm. Gedib, qalıb, filan, bu barədə məlumatsızam. Amma onu bilirəm ki, əlbəttə, vaxtında elan edib, Milli Şuradan da gedib. Ora ilə əlaqəsi var, yoxdur, bilmirəm.
- Milli Şuranın siyasət adamlarından heç kimi Bakıdakı tədbirə çağırmaması da onun bu qurumla əlaqələrə nöqtə qoyması kimi vurğulanır. Hətta Milli Şuranın tərəfdarları indi Rüstəm İbrahimbəyova qarşı kampaniyaya başlayıblar...
- Kim neyləyir, özü bilər. Bilirəm ki, bunlar qərəzli şəkildə... Ümumiyyətlə, dumanın çəkilməsindən çox ehtiyat edən insanlar var. Onlar çox narahat olurlar. Adamlar var ki, ancaq intriqalar üçün yaranıb və bunun üçün mövcuddurlar. Tutaq ki, intriqalar aradan qalxdıqca, o adamların da gərəksizliyi bir daha üzə çıxır. Bax, bu canfəşanlıqların çoxu ondan ötrüdür.
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman