YAP MNTK üzvünün məhkumluğu qaldırıldı - Məhəmməd Məmmədov şərti hökmü də ləğv etdirdi

img

18-02-2019 [10:37]


"Rabitə işi"ndə təqsirləndirilən "Aztelekom" MMC-nin sabiq baş direktoru, YAP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sabiq sədri Məhəmməd Məmmədov şərti məhkum etmənin götürülməsi üçün məhkəməyə müraciət edib.

Mia.az "Report”a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsi onun müraciətini təmin edib.

Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi prokurorluğun protestini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən saxlayıb.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən sabiq Aparat rəhbəri Vidadi Zeynalov, M.Məmmədov və digərləri 2015-ci ildə həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalov 13 il və M.Məmmədov isə 5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum olunub. Hökmə əsasən, M.Məmmədova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Onu da qeyd edək ki, M.Məmmədov həbs olunandan sonra onun YPA-ın MNTK sədri vəzifəsində qalıb-qalmadığı haqda indiyədək heç bir açıqlama verilmsə də, onun üzv kimi saxlanıldığı dəqiqdir. Belə ki, partiyanın rəsmi saytında onun adı MNTK-nın 15 nəfərlik üzv siyahısında adı var.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA