Deputat: "Qadağaların genişlənməsi söyüş ədəbiyyatının önə çıxmasına yol açır"

img

15-02-2019 [23:17]


"APA İnformasiya agentliyinin başqa adla bərpa olunması sevindirici xəbərdir. Ardınca ANS televiziyasının da bərpa olunması doğru adddım olardı". 

Mia.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa sosial şəbəkədəki səhifəsində yazıb.

Deputat qeyd edib ki, digər tərəfdən, "Space" kimi telekanalların varlığı, əslində, tamaşaçı zövqünü korlamaqla yanaşı, iqtidarın özü üçün nüfuz baxımından faydalı deyil: "Cəmiyyətdə yaradıcılıq rəqabətinə imkan yaratmaq lazımdır. Sosial şəbəkələrdəki müzakirələrin daha səvviyəli formada teleməkana köçürülməsinə ehtiyac var. 21-ci əsrdə yaşayırıq, qadağaların genişlənməsi söyüş ədəbiyyatının önə keçməsinə daha çox yol açır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA