"Putinlə Həsən Ruhani Ərdoğanı sıxışdırırlar" - Politoloq

img

14-02-2019 [23:11]


"Rusiya, İran və Türkiyə prezidentlərinin Soçidəki görüşünün mətbuat üçün açıq hissəsində verdikləri açıqlamadan gəldiyim ilk qənaət budur ki, Vladimir Putin və Həsən Ruhani İdlib məsələsində Rəcəb Təyyub Ərdoğanı sıxışdırırlar".

Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bu gün Soçidə 3 ölkə prezidentlərinin görüşünü şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Putin və Ruhani Ərdoğana sanki bunu demək istəyirdilər:  "Sentyabrda bizə vəd etdin ki, oktyabrın ortalarına qədər İdlibdə terrorçuları silahlı müxalifətdən ayıracaqsan, ancaq tərsi oldu və bu gün İdlibin tamamı terrorçuların əlinə keçib”.

Elxan Şahinoğlunun sözlərinə görə, Ərdoğan sentyabr ayında Tehrandakı üçlü görüşdəkindən fərqli olaraq, Soçidə mətbuat üçün açıq hissədə İdlibdən danışmayıb, halbuki Tehranda bu mövzuda Putinlə dirəşmişdi: "Zaman keçir və Ərdoğan İdlibi nəzarətə götürə bilmir. Obyektiv çətinlikdir. İdlib Suriyadakı terrorçuların son qalasıdır, gedəcək yerləri qalmayıb və onlar təslim olmaq istəmirlər. Buna baxmayaraq, Putinin Ərdoğanın mövqeyini nəzərə almadan "İdlibə hücum” əmrini verəcəyini zənn etmirəm. Ancaq bütün hallarda Ərdoğan tələsməli və İdlibə əncam çəkmək məcburiyyətindədir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA