14-02-2019 [22:17]
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral axar.az-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
– Cənab Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin 20-ci Zirehli Alay Komandanlığının generalı İsmayıl Haqqı Köseəli Türkiyənin Azərbaycandakı hərbi attaşesi təyin etdi. General Şanlı Urfadan, Suriya ilə sərhəddən göndərildi. Türkiyənin Azərbaycana belə bir adamı göndərməsi nə məna kəsb edir?
– Azərbaycan bizim üçün çox önəmli bir ölkədir. Bizim Azərbaycandakı Silahlı Qüvvələr attaşemizin rütbəsi həmişə general olub. Bu da Azərbaycana verdiyimiz önəmin göstəricisidir. İsmayıl Haqqı Köseəli də öz işində mükəmməl olan bir şəxs kimi Azərbaycana ayırdığımız diqqətin göstəricisidir.
– Qətərdə Ermənistan səfirliyinin açılması barədə məlumat yayılıb. medianın yaydığı məlumata görə, səfirliyin saxlanılmasına 192,5 min dollar xərclənəcək ki, bunun da qarşıdakı üç il ərzində 110 min dollarını Qətər təmin edəcək. Bu məsələ ilə bağlı Türkiyənin mövqeyi nə olacaq?
– Qətər həm Azərbaycanın, həm də Türkiyənin dostu olan bir ölkədir. Əlbəttə, Qətərin üçüncü ölkələrlə də münasibət qurması, əlaqə saxlaması normaldır. Bu, Qətərin özünün qərar verəcəyi şeylərdir. Lakin bunu edərkən də Türkiyə və Azərbaycanla olan münasibətlərini diqqətdə saxlayacağına inanırıq. Hazırda mətbuatda yayılan xəbərlər var və bu haqda qəti bir fikir bildirmək doğru olmaz. Yalnız Qətərin rəsmi açıqlamasından sonra ciddi bir addım atmaq olar. Bunu da həm sizin, həm də bizim Xarici İşlər nazirliklərimiz yoluna qoyacaq.
– Ermənistanda baş verən son hadisələr və hakimiyyət dəyişikliyindən sonra cənab Çavuşoğlu Ermənistanla bağlı Türkiyənin mövqeyini açıq bəyan etdi. Bu məsələ ilə bağlı sizin fikirlərinizi də eşitmək maraqlı olardı.
– Sayın Mövlud Çavuşoğlunun dedikləri Türkiyənin mövqeyini əks etdirir. Türkiyənin mövqeyi isə çox açıqdır: bizim Ermənistanla münasibətlərimizin normallaşması üçün təməl bir problemin həll edilməsi lazımdır. O da Azərbaycanın Dağlıq Qarabağ problemidir. Oradakı yaralar sağalmayana qədər bizim Ermənistanla münasibətlərimizdə dəyişiklik gözlənilməməlidir.
– Türkiyə ilə Ermənistan arasında heç bir rəsmi diplomatik, ticari münasibət mövcud deyil. Lakin Türkiyəyə Gürcüstan vasitəsilə gedən və Ermənistandakı ailəsinə pul yollayan onminlərlə erməni var. Hətta sayın Ərdoğan bu rəqəmin yüz min olduğunu açıqlamışdı. Türkiyədə ermənilərə belə loyal münasibət nəylə bağlıdır?
– Bizim xarici siyasətimizin əsas özəlliklərindən biri humanist siyasət yürütməyimizdir. Erməni xalqına olan münasibətimiz də buna əsaslanır. Bizim problemimiz xalqla deyil, Ermənistan hökuməti ilədir. İki dövlət arasında olan problemdən insanların zərər görməsinin bir mənası yoxdur. Türkiyə ondan yardım istəyən hər bir kəsə bu günə qədər əlini uzadıb. Hazırda Türkiyədə 3,5 milyondan çox suriyalı qaçqın yaşayır. Bundan başqa, Türkiyədə 3,5-4 milyona yaxın Əfqanıstandan, İraqdan gələn mühacir yaşamaqdadır. Türkiyə çətin vəziyyətdə olan bu insanlara qucaq açıb və onlara qonaqpərvərlik nümayiş etdirməkdədir.
– Türkiyədə "Luys Tv” adlı erməni televiziyası açılıb. Azərbaycanın mədəniyyətini, tarixini, musiqisini, torpaqlarını oğurlayan bir qrupun Türkiyədə televiziya açması gələcəkdə onların mədəni sahədə olan oğurluqlarının təbliğatına xidmət etməyəcək ki?
– Bu barədə kifayət qədər məlumatlı deyiləm. Ətraflı məlumat əldə etdikdən sonra sizə açıqlama verəcəyəm.
– Azərbaycanla Türkiyə olduqca yaxın və doğma dövlətlərdir. Bu isə belə demək mümkündürsə, hər iki ölkədəki səfirliklərin yükünü azaldır, işini asanlaşdırır. Azərbaycandakı ictimai fəaliyyətinizi necə qurursunuz?
– Azərbaycanda mən hara getsəm, özümü vətənimdəki kimi hiss edirəm, bura mənim ikinci vətənimdir Hər getdiyim yerdə qapılar üzümə sonuna qədər açıq olur. Dolayısıyla burdakı ictimai fəaliyyətimdə də özümü çox rahat hiss edirəm.
– Azərbaycan mediasını oxuyursunuz?
– Əlbəttə.
– Türkiyənin İnsan və Sosial Araşdırmalar Mərkəzi (İNSAMER) İsrail-Azərbaycan münasibətlərindən bəhs edən araşdırma-hesabat yayımlamışdı. İNSAMER-in məqaləsində yəhudi lobbisinin Azərbaycanda İsrailin təbliğatını apardığı vurğulanır və iddia edilirdi ki, bu təbliğat hətta Türkiyə təbliğatını geridə qoyub. Azərbaycan mediası nəinki Türkiyənin haqlı maraqlarına xidmət edən yazıları, hətta bu ölkədə baş vermiş adi yol qəzasını belə xəbər kimi təqdim edir. Azərbaycan mediasını izləyən şəxs olaraq, əlbəttə, bundan məlumatlısınız. Sizin bu məsələyə münasibətiniz necədir?
– Hazırda Türkiyədə bir çox araşdırma qurumu var. Bu araşdırma qurumlarının yaydığı çoxsaylı sənədlər mövcuddur. Həmin sənədlərin sonunda belə qeyd olunur ki, bu yazıda əks olunanlar araşdırma qurumunun deyil, müəllifin fikirlərini əks etdirir. Bu isə birbaşa o deməkdir ki, sözügedən sənədlərin heç bir rəsmi statusu yoxdur. Bu sənədlər heç bir halda Türkiyə dövlətinin, rəsmilərinin fikirlərini əks etdirə bilməz. Bizim Azərbaycanla münasibətlərimiz qardaşlıq üzərində qurulub. Bizim münasibətlərimizdə təməl bir prinsip var, o da iki dövlət, bir millətdir. Bayaq da qeyd etdiyim kimi, mən burda öz vətənimdəyəm və Azərbaycan mətbuatındakı şəxslər də mənim qardaşlarımdır. Azərbaycan mediasında Türkiyə qədər yer alan ikinci bir ölkə yoxdur. Azərbaycanda Türkiyənin təbliğatının aparılmasına da ehtiyac yoxdur. Çünki Türkiyə Azərbaycan xalqının könlündədir. Azərbaycandakı Türkiyə sevgisini 70 illik Sovet rejimi silə bilmədi. Bundan sonra da heç kim silə bilməz.
– İki ölkə arasındakı qardaşlıq əlaqələrindən söhbət düşmüşkən, siz bir səfir olaraq bu əlaqələrin möhkəmlənməsi və ikitərəfli münasibətlərin inkişafı üçün hansı addımlar atır, hansı layihələr həyata keçirirsiz?
– Səfirlik olaraq müxtəlif layihələr həyata keçiririk. Məsələn, Cocuq-Mərcanlıda Azərbaycanda yaşayan türk biznesmenləri ilə birlikdə həyata keçirdiyimiz bir layihə var. Bundan başqa da zaman-zaman müxtəlif fəaliyyətlərlə məşğul oluruq və s. Azərbaycanın yaxşı və pis gününü birlikdə keçirməyə çalışırıq.
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb