Elmar Məmmədyarov Almaniyaya işgüzar səfərə yola düşüb - Məqsəd

img

14-02-2019 [13:52]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, səfərdə məqsəd fevralın 15-dən 17-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etməkdir. 

Səfər çərçivəsində xarici işlər nazirinin 55-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı ilə yanaşı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA