12-02-2019 [14:48]
"Ölkədə prezident tərəfindən keçirilən sosial-iqtisadi islahatlar əhali tərəfindən rəğbətlə qarşılanır. Fikrimcə, bu islahatlar bələdiyyələri də əhatə etməlidir. Siyavuş Novruzov qeyd etdi ki, xaos müxalifəti aparılan islahatları öz adına çıxmaq istəyir, guya onların təzyiqi ilə bu islahatlar aparılır. Əslində demokratik qüvvələr bundan pərişan olmamalıdır. Onlar belə şantajla aparılan islahatların dayandırılmasını istəyirlər. Hesab edirəm ki, islahatlar dərinləşdirilməlidir. Xalq prezident tərəfindən aparılan islahatları dəstəkləyir".
Bu sözləri parlamentdə çıxışı zamanı BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib.
Q.Həsənquliyevin sözlərinə görə, bir epizodla tanış olduqdan sonra düşünüb ki, ölkədə bu tip müxalifətin öz mövcudluğunu qoruyub saxlaması səbəbindən prezidenti tənqid etmək olar:
"Məsələn, bir foto veriblər. Prezident gedib açılış tədbirinə və orada 3-4 metr məsafədən insanların qarşısında çıxış edir. Başqa fotoda isə göstərirlər ki, prezident ağbirçək nənənin əlindən öpmək istəyir. Əslində bu epizod əhalini xeyli duyğulandırdı. Çünki nənə prezidentin əlindən öpmək istəyirdi, amma prezident əks addım atdı. Bu hadisə insanları çox sevindirdi. Amma bu insanlar açılış mərasiminə getməklə, faciə baş verən yerə getməyin fərqini anlamırlarsa, deyiləcək söz yoxdur. Hesab edirəm ki, bunun fərqində olmayan insanlara baş qoşmağa dəyməz”.
Millət vəkili daha sonra "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın” illik məruzəsi haqda fikirlərini açıqlayıb:
"Burada qeyd edilib ki, irəliləyişlərə rəğmən bələdiyyələrin fəaliyyətində qüsurlar da var. Qeyd olunur ki, böyük uğurlara, əhəmiyyətli irəliləyişlərə imza atılıb. Axı bələdiyyələrlə bağlı belə söz işlətmək doğru deyil. Bizə bələdiyyələrin nə qədər vergi topladığı, bu maliyyənin nə qədərini aparatı saxlamağa, nə qədərini sosial-iqtisadi problemlərin həllinə sərf edildiyi haqda məlumat verilsəydi, çox müsbət hal olardı. Sənəddə qeyd edilir ki, bələdiyyələr tərəfindən 50 kommersiya qurumu yaradılıb və bunun 50 faizindən çoxu fəaliyyət göstərmir. Hesab edirəm ki, bələdiyyələrlə iş yenidən qurulmalı, yeni yanaşmalar ortaya qoyulmalıdır”.
Deputat bildirib ki, məruzədə Ədliyyə Nazirliyinin Akademiyasında 20 tədris kursu keçirilib, 200-dən çox təlim keçirilib, eləcə də regional treninqlər, xarici ölkələrdə təcrübə mübadiləsi ilə bağlı səfərlərin təşkil edildiyi qeyd edilib: "Bunların hamısı pul, maliyyədir. Bu qədər vəsait xərclənib, təlimlərdə 8133 bələdiyyə üzvü iştirak edib. Əgər 50 kommersiya təşkilatı yaradılıbsa və bunun 50 faizi işləmirsə, onda bu təlimlərin, xərclənən maliyyənin nəticəsi hardadır? Təlimlərdə bələdiyyə üzvlərinə nə öyrədirlər?”.
Q.Həsənquliyev əlavə edib ki, bələdiyyələrin maliyyəsi artırılmalıdır:
"Özü də bələdiyyələr təkcə iqtisadi məsələlər, yerli xarakterli problemlərin həlli ilə məşğul olmamalıdır. Biz bilirik ki, xaos müxalifəti ölkədə siyasi islamın stimullaşdırılması üçün ardıcıl və sistemli iş aparır. Bu şəbəkə daxilində pul uğrunda amansız mübarizə gedir. Bələdiyyə üzvləri isə xalqa, insanlara ən yaxın qurumlardır. Bələdiyyələrin bu istiqamətdə fəaliyyəti olmalıdır. Bələdiyyələr həm də sosial-iqtisadi layihələr həyata keçirilməlidir. Dövlətə ən böyük xəyanət islamın siyasiləşdirilməsinin legitimləşdirilməsidir ki, Azərbaycanda bu istiqamətdə iş aparılır”.
Teleqraf.com
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi