Əfv Məsələləri Komissiyasının ilk iclası keçirildi

img

11-02-2019 [17:20]


Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib.

Mia.az xəbər verir ki, iclasda 100-dən çox müraciətə baxılıb.

Bildirilib ki, komissiyaya 800-dən çox müraciət daxil olub, əlavə müraciətlərin də olacağı da istisna deyil.

Qeyd edək ki, müraciətlərə baxıldıqdan sonra siyahı Prezident İlham Əliyevə tədqim ediləcək. Dövlət başçısının Novruz bayramında əfv sərəncamı imzalayacağı gözlənilir.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA