Sahil Babayev daha iki jurnalistə vəzifə verdi - ƏƏSMN-də yeni təyinatlar

img

08-02-2019 [15:26]


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev daha iki xanım jurnalistə vəzifə verib.

Mia.az xəbər verir ki, bu barədə naziriliyin mətbuat sözçüsü Fazil Talıblı məlumat yayıb.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi vəzifəsinə Aynur Osmanqızı, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi vəzifəsinə isə Gülnar Əzizova təyin ediliblər.

Hazırki vəzifəsinə qədər A.Osmanqızı "REPORT” İnformasiya Agentliyinin müxbiri, G.Əzizova isə CBC telekanalında "Xəbər” proqramının aparıcısı və müxbiri kimi fəaliyyət göstərib.


Digər xəbərlər
SON XƏBƏRLƏR