Baş redaktordan etiraz: "KİV DF-dən aldığımız vəsait heç çap xərclərimizin 70-80 faizinə çatmır"

img

08-02-2019 [15:04]


"Bu gün saytlarda KİV DF-nin fəaliyyəti ilə bağlı bir yazı dərc olunub. Buyurub yazsınlar, yazmaq, araşdırmaq hamının haqqıdır. Amma yazanda da ədalətli yazmaq lazımdır. Məsələn, götürüb yazırlar ki, KİV DF-dən maliyyə yardımı alan "Kaspi” qəzetinin [email protected] e-mail ünvanı işləmir. Adam axı yazanda bir araşdırma aparmalıdır, nə yazdığını dəqiqləşdirməlidir". 

Mia.az xəbər verir ki, bu sözləri "Kaspi" qəzetinin Baş redaktoru İlham Quliyev sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, artıq 4 ildir ki, başqa bir elektron ünvandan [email protected] –dan istifadə edirlər:

"Bu barədə həm saytın əlaqə bölümündə, həm də hər gün nəşr olunan qəzetin 16-cı səhifəsində qeyd gedir. Ümumiyyətlə, bu, axı çox primitiv arqumentdir. Yəni o günə qaldıq ki, bir e-mail ünvanımız da yoxdur. Baxıram, yazını dərc edən saytın özünün bir əlaqə bölməsi boşdur. Telefon nömərsi yoxdur, redaksiyasının harada yerləşdiyini müəyyənləşdirə bilmədik, rəhbərinin kim olduğunu da dost-tanış vasitəsilə güc-bəla ilə dəqiqləşdirdik. 

Ümumiyyətlə, son günlər qəzetlərlə bağlı səslənən ittihamlarda "Kaspi”nin adının çəkilməsi çox böyük ədalətsizlikdir. Hazırda bizim kartla əmək haqqı alan 25 əməkdaşımız var. Bundan əlavə əməkdaşlıq etdiyimiz, qonorar verdiyimiz xeyli sayda tanınmış qələm sahibləri də var. 

Bizi ittiham edən hansı saytın, ümumiyyətlə hansı müstəqil qəzetin bu sayda əməkdaşı var, çıxsın açıqlasın. Bizim KİV DF-dən aldığımız vəsait heç çap xərclərimizin 70-80 faizinə çatmır. Qəzet hər gün 5200 tirajla 4 rəngdə çap olunur. Saytımız on-line rejimdə 3 dildə fəaliyyətdədir. İddia edirəm ki, bu gün Azərbaycanın ən çox məhsul istehsal edən 3 qəzeti varsa, onun biri bizimkidir. Bütün əməkdaşlarımız işini bilən, sevən, xəbərlə nəfəs alan fədailərdir. Qəzet almağa həvəsiniz yoxdursa, girin saytımıza baxın. İndi kiminləsə qərəziniz varsa, kimdənsə xoşunuz gəlmirsə, bunun üçün 40-a yaxın jurnalistin çalışdığı, 140 ilə yaxın yaşı olan qəzetin zəhmətkeş əməkdaşlarının əməyini yerə vurmayın, ədalətli olun".

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb