"Müsyö Jordan" vəfat etdi

img

08-02-2019 [11:15]


Rusiyanın xalq artisti Sergey Yurski vəfat edib.

Mia.az bildirir ki, bu barədə mərhum aktyorun çalışdığı Mossovet teatrından açıqlama yayılıb.

Bildirilib ki, ötən ilin dekabr ayından ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən S. Yurskinin vəziyyəti normallaşsa da sonradan yenidən pisləşib. 

S.Yurski 1935-ci ildə Leninqradda anadan olub. Leninqrad Universitetinin hüquq fakültəsini bitirib. 3-cü kursdan Leninqrad Tetar İnstitutuna keçib. S.Yurski sovet filmlərində bir çox yaddaqalan obrazlar yaradıb. 
Azərbaycan tamaşaçıları onu "Dərviş Parisi partladır” filmində "Müsyö Jordan" rolu ilə xatırlayırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA