07-02-2019 [23:38]
"Azərbaycan inkişaf etdikcə, dünya birliyindəki mövqelərini gücləndirdikcə uğurlarımızı gözü götürməyənlər ortaya çıxır və hər fürsətdə ölkəmizi gözdən salmağa çalışır, reallıqları təhrif edirlər. Bu cür məkrli əməllərin hansı mənbədən qaynaqlandığı məlumdur: erməni lobbisi və bütövlükdə antiazərbaycançı şəbəkə uzun müddətdir ölkəmizə qarşı "qara piar” aparmaqla məşğuldurlar. ABŞ-dakı "Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatının 2019-cu il hesabatında Azərbaycanı guya Cənubi Qafqazda "yeganə azad olmayan” ölkə kimi qiymətləndirməsi gülünc olmaqla yanaşı, bu təşkilatın qeyri-obyektiv və qeyri-məlum metodologiya ilə qiymətləndirmə aparan çirkin qurum olmasının bir sübutudur”.
Mia.az xəbər verir ki, bunu "Azərtac”a açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Həsənov söyləyib.
Əli Həsənov aparılan qiymətləndirmələrin reallığı əks etdirmədiyini bildirib: "Görəsən "azad olmayan” ölkəni müəyyənləşdirmək üçün meyarları kim və hansı beynəlxalq təşkilat kəşf edib? Ümumiyyətlə, belə təşkilatları kimlər yaradıb maliyyələşdirir və nə üçün? Onlara müstəqil dövlətin daxili işinə müdaxilə etmək səlahiyyətini kim verib?”
Əli Həsənov qeyd edib ki, bəzi ölkələrdə vətəndaşlar dövlətinin siyasətinə etiraz olaraq küçələrdə qarşılarına çıxan hər şeyi dağıdanda, maşınları yandıranda, mağazaları talan edəndə, insanların istirahətinə xələl gətirəndə bu, "azad ölkə” kimi qələmə verilir: "Məsələn, ABŞ-da, Avropada polis işçiləri etirazçılara hücum edib onlara ciddi xəsarət yetirəndə, hətta döyərək ölümcül vəziyyətə salanda bu, "azad ölkə”mi olur?
"Freedom House” öz çirkin niyyətini gizlədə bilməyərək erməni xalqının özü tərəfindən Ermənistanı azad olmayan ölkə kimi qiymətləndirəndə və ya onun parlamentində spiker və deputatlar güllələnib öldürüləndə, prezident seçkisində saxtakarlıq edən rəhbərliyə etiraz edənlər qətlə yetiriləndə necə olur ki, belə ölkə "qismən azad” hesab edilir? Elə buradan görünür ki, bu təşkilat sifarişlə işləyir.
"Freedom House” və bu kimi beynəlxalq təşkilatlar bilməlidirlər ki, ölkəmizdə mətbuat tamamilə azaddır, 80 faiz əhalinin internetə çıxışı var, bütün sosial şəbəkələr açıqdır və heç bir senzura yoxdur. Prezident İlham Əliyevin titanik səyi nəticəsində ölkəmizdə sabitlik, təhlükəsizlik və inkişaf yüksək səviyyədədir. Azərbaycan bu gün sabitlik adası kimi tanınır. Regionda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risklər və təhdidlər fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitlik və təhlükəzsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun iqtidarla sarsılmaz birliyidir. Bu birliyin təməlində dayanan əsas amil xalqın Prezident İlham Əliyevə olan inamı və etimadıdır”.
Partiya sədrinin müavini qeyd edib ki, bu cür qərəzli hesabatlarla nə ölkəmizə təzyiq etmək, nə də nüfuzunun artmasının qarşısını almaq mümkündür. Bu təşkilatlar insan hüquq və azadlıqlarının qorunmasından danışırsa, ilk növbədə, Ermənistanın işğalçı dövlət olduğunu bəyan etməlidirlər.
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb