YAP Siyasi Şurasının üzvü: ""Freedom House" təşkilatının Azərbaycana dair hesabatı qərəzlidir"

img

07-02-2019 [20:47]


""Freedom House” təşkilatının Azərbaycana dair hesabatı qərəzlidir. Ona görə də belə qurumların hesabatlarına ciddi baxmaq lazım deyil. Onların hazırladıqları sənədlərin hamısı qərəzlidir".

Mia.az xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, Qərbin bəzi təşkilatları siyasi alverlə məşğuldurlar: "Onlar "peşəkar” dələduzdurlar və fırıldaqla məşğuldurlar. Bu cür qurumlar qeyri-hökumət təşkilatı kimi, insan hüquq və azadlıqları adı altında müxtəlif dövlətlərə təzyiq göstərmək, öz tələblərini diktə etmək niyyəti güdürlər. "Freedom House” təşkilatının hesabatı təəssüf doğuran bir sənəddir. Ermənistanın irəliyə getdiyini, Azərbaycan və Türkiyənin geridə qaldığını iddia etmək "tamaşaya qoyulacaq” səviyyədə anormal fikirdir. "Freedom House” təşkilatı ölkələrə öz siyasi maraqları çərçivəsində yanaşır. Ona görə də belə qurumların hesabatlarına ciddi yanaşmaq lazım deyil. Hazırladıqları sənədlərin hamısı qərəzlidir. Bu cür təşkilatların nəinki iki, hətta on sifəti var”.

"İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, Ermənistan cinayətkar, terrorçu dövlətdir: "Ermənilər təkcə Azərbaycanda yox, Gürcüstanda, Türkiyədə, Amerikada, Avropada çoxlu sayda terror hadisələri törədiblər. "ASALA” terror təşkilatının həyata keçirdiyi sui-qəsdlər, qətllər hamıya bəllidir. Belə bir dövləti inkişaf etmiş ölkələrdən öndə göstərmək çox gülünc və məntiqsiz yanaşmadır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA