Azərbaycanda yeni təhlil mərkəzi yaradıldı - Prezidentdən mühüm fərman
GÜNDƏM
06.02.2019, 18:09
Bu gün Prezident İlham Əliyev yeni fərman imzalayıb.
Mia.az xəbər verir ki, fərmana əsasən, xarici siyasətin ölkəmizin milli maraqları üçün əhəmiyyət kəsb edən istiqamətlərinə dair araşdırmalar aparılmasını genişləndirmək, dünyada baş verən proseslərin hərtərəfli təhlili işini daha da təkmilləşdirmək, Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üzrə fəaliyyətin əhatə dairəsini artırmaq məqsədi ilə aşağıdakı qərar verilib:
1. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılsın.
2. Müəyyən edilsin ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını həyata keçirdiyi elmi-analitik təhlilin nəticələri ilə təmin edən publik hüquqi şəxsdir.
3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Mərkəzin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Əmrullayev əmr imzaladı - Bakıda universitetlər distant təhsilə keçdi
Bugün, 20:40 GÜNDƏM
-
Bakı Dövlət Universitetində dərslər 3 gün onlayn keçiriləcək
Bugün, 20:36 GÜNDƏM
-
AZAL bəyanat yaydı: "İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır" (YENİLƏNİB)
Bugün, 19:50 GÜNDƏM
-
Türkiyənin ən güclü partiyası: növbəti sorğunun nəticələri açıqlandı
Bugün, 18:03 SİYASƏT
-
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bugün, 17:49 CƏMİYYƏT
-
Netanyahu Məmdanini hədələdi: "Səni ifşa etməyə gəlirəm"
Bugün, 17:44 DÜNYA
-
Baş nazir: "Əgər Rusiya bizə hücum edərsə..."
Bugün, 17:30 GÜNDƏM
-
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırıldı - SİYAHI
Bugün, 17:26 CƏMİYYƏT
-
“Nargin: Saralmış kədər” - Tarixi Nəsr və İctimai Yaddaş
Bugün, 17:18 MƏDƏNİYYƏT
-
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
Bugün, 17:12 GÜNDƏM
-
Türkiyə ordusunun generalı Bakıya gəlib
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
Bugün, 16:52 KRİMİNAL
-
ABŞ Prezidenti: "Qorxaqlar və xainlər..."
Bugün, 16:27 DÜNYA
-
Bakı sakini 40 kiloqram narkotiklə tutulub
Bugün, 16:14 KRİMİNAL
-
Cavanşir Quliyevdən Alim Qasımovla Üzeyirin duetinə reaksiya: “İnsan müəyyən yaşa çatdıqdan sonra öz zövqünə uyğun musiqi seçir"
Bugün, 16:06 MƏDƏNİYYƏT
-
"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
Bugün, 15:55 CƏMİYYƏT
-
Lənkəran evdın seyf oğurlanıb
Bugün, 15:16 KRİMİNAL
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb - Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb
Bugün, 15:06 KRİMİNAL
-
İran ordusu: "Danışıqlar müharibənin başqa bir mərhələsidir"
Bugün, 14:46 DÜNYA
-
Azərbaycanda bu nazilər pensiya yaşına çatıb - FOTOLAR
Bugün, 14:32 GÜNDƏM
-
Ehtiram Quliyevdən “Turan Tovuz”dan gedəcəyi ilə bağlı xəbərlərə - Reaksiya
Bugün, 14:19 İDMAN
-
Deputat qınadı, nazirlik "əl-ayağa" düşdü, mətbuat katibi isə "gül" vurdu - FOTOLAR
Bugün, 14:10 SİYASƏT
-
Mətləb Salahov: “Azərbaycan 23 saatlıq antiterror əməliyatı ilə bölgədə separatizm presedentinə birdəfəlik son qoydu”
Bugün, 14:06 SİYASƏT
-
PREZİDENT YÜKSƏK VƏZİFƏLİLƏRİ TOPLADI - Müşavirədəki çıxışlar + FOTOLAR (YENİLƏNİB)
Bugün, 13:58 GÜNDƏM
-
DİN bu vəzifələrə işçi axtarır
Bugün, 13:21 CƏMİYYƏT
-
İsrail Qəzzada yeni əməliyyata başlayıb, ölənlər var
Bugün, 13:11 DÜNYA
-
Özgür Özəl üçün böyük şok - Bələdiyyə sədri gözlənilməz qərar verdi
Bugün, 12:58 DÜNYA
-
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Bugün, 12:54 KRİMİNAL
-
Mərkəzi Bank bu qurumu cərimələdi
Bugün, 12:45 İQTİSADİYYAT
-
"Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verildi
Bugün, 12:38 İQTİSADİYYAT
-
İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət göndərdi - MƏTN
Bugün, 12:35 GÜNDƏM
-
Azər Qasımovun qardaşının işi yenə təxirə düşdü - Hakim və prokurordan sərt reaksiya
Bugün, 12:25 SİYASƏT
-
Mauro İkardinin sürücülük vəsiqəsi "radar"a düşüb? - AÇIQLAMA
Bugün, 12:12 İDMAN