“Çalışacağıq ki, seçkidə fəal gənclər namizəd olsun” - Əli Əhmədov

img

05-02-2019 [12:27]


"Gənclər bizim bütün kampaniyalarımızda, o cümlədən seçki kampaniyalarımızın keçirilməsində çox yaxından iştirak edirlər. Seçki kampaniyasının bütün mərhələlərində gənclər öz töhfələrini verirlər. Bu baxımdan gənclər həmişə bizim diqqət mərkəzimizdə olub".

Bunu YAP-ın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, YAP öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirsinlər: 
"2019-cu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Biz çalışacağıq ki, fəal gənclərimiz seçkidə namizədlər qismində iştirak etsinlər və özlərini sınasınlar. Ölkənin ictimai- siyasi həyatında daha yaxından iştirak etmək imkanları əldə etsinlər".
qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA