Eynulla Fətullayev deputatı "topa tutdu": "Bu, nə alverçi təfəkkürdür?"

img

04-02-2019 [23:01]


haqqın.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev deputat Siyavuş Novruzovun sərt tənqid edib.

Mia.az bildirir ki, bu barədə o, özünün "facebook" səhifəsində belə yazıb:

"Hakim partiyanın ən böyük səhvi - dəyərlərin materiallaşdırmasıdır. YAP-dakı Siyavuş bəyanat verib ki, bəs bu iqtidardan bəhrələnən insanlar hökuməti müdafiə etməlidir. 

Bu, nə yanaşmadır? Bu, nə alverçi təfəkkürdür? Bəs dəyərlər? Məgər Heydər Əliyev fəlsəfəsinin dəyərləri yoxdur? Məgər insanlar mübarizəyə yalnız mal-mülk uğrunda atılmalıdır? Bəs ədalət, bərabərlik, azadlıq, insan səadəti? Faciə ondadır ki, bu fikri söyləyən insan yalnız millət vəkili deyil, Heydər Əliyevin uzun və fədakar mübarizəsi nəticəsində yaratdığı Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunub. Görün hakim partiya hardan hara gəldi - xalq tribunu Sirus Təbrizlidən mənzili partiya dəyərinə çevirmiş plebey Siyavuşa qədər gedən yol... Çox təəssüf!!! 

Məncə, Siyavuş öz siyasi fəaliyyətində ən qüsurlu bəyanatını verdi. Ay zavallı insan, sən çayxanada və ya kababxanada zarafat etmirsən, bütöv bir xalq qarşısında çıxış edirsən! Bundan sonra YAP gənclər arasında hansı dəyərləri təbliğ edəcək?".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA