04-02-2019 [21:34]
Binəqədi rayonundan 30 il deputat seçilən Madər Musayev "Azərbaycan" qəzetinə danışıb.
Mia.az 30 ilin deputatının maraqlı açıqlamalar verdiyini nəzərə alaraq, müsahibəni ixtisarla oxuculara təqdim edir:
- Mənə öz barəmdə danışmaq çox çətindir. Bura balaca bir şəhərdir və ulu babalarım da Bakıda anadan olub, hamımız bir-birimizi tanıyırıq. Kimi məni atama görə, kimi övladıma, nəvəmə, kimi də deputat kimi tanıyır. Və bunun da məsuliyyəti çox ağır olur ki, sən təkcə özün üçün yaşamırsan. Dünya bir pəncərədir deyirlər, amma əsas odur ki, sən o pəncərədən necə baxırsan...
Ailəmizdə adət-ənənələrimizə hörmət olub həmişə. 1969-cu ildən bu günədək hər gün Mir Mövsüm Ağaya "Yasin” oxutdururam. Hər gün... Bir dəfə niyyət elədim, çin oldu. O vaxtdan bugünədək sözümə əməl edirəm. 1990-cı ildə Məkkəyə getmişəm. Məkkə bir dəfə vacibdi... Mən düşünürəm ki, hər kəsdə Allah xofu olmalıdı. Bəzilərinin qəlbinə şeytan girir, yoldan çıxarır onları...
Tərcümeyi-halımda elə də rəngarənglik yoxdur. Sadə, təmiz bir ailəmiz olub - kolxozçu ailəsi. Namuslu, ləyaqətli, halal insanların övladı olmuşam: atam müharibədən əlil qayıtmışdı, 1953-cü ilə qədər kolxoz sədri işlədi. Sonra kolxoz dağıldı, bir neçə kəndi birləşdirdilər. Anam da evdar idi. Üç bacı, bir qardaş atalı-analı dünyamızın bəxtəvərliyini görmüşük... Sonra evin tək oğlu olduğuma görə hamının yükü mənim üstümə düşüb. Zəhmətə tez alışmışam.
14-15 yaşımdan ticarətdə işləmişəm, satıcı şagirdliyindən mağaza müdirinə qədər gəlmişəm. Sovet hökumətinin asan-kəsən vaxtlarında bir nöqsanım belə olmayıb, əksinə, bütün mükafatları almışam.
Sonra da deputat oldum. 1990-cı ildə heç bilmirdim ki, deputat seçiləcəm. Bu, ağlıma da gəlmirdi. Çünki sovet dövründə mağaza müdiri heç vaxt deputat ola bilməzdi. Kolxozçu, sağıcı, professor... deputat ola bilərdi, amma ticarətçi yox! Kəndimizin ağsaqqalları məscidə yığışıb qərara gəliblər ki, namizədliyimi versinlər...
Qonşu kənddə tanıyan olmayıb məni, amma indi, şükür Allaha, dörd bir tərəfin hörmətini hiss edirəm...
Yaxşılığı da heç vaxt ona görə etməmişəm ki, məni deputat seçsinlər. Yaxşılıq mənim amalımdır...
...Nə qədər sağam, İlham Əliyevin təbliğatı ilə məşğul olacağam. Onu yaxşı tanıdığıma görə. Hər zaman Prezidentimin dostuyam, əsgəriyəm... Bilirsiz, mən onu tanıyanda hələ Prezident deyildi. Biz 8 il "deputat yoldaşı” olmuşuq. Görürsən, kimsə 3 il əsgərlikdə olur, deyir, əsgər yoldaşımdır, 5 il institutda oxuyur, deyir, tələbə yoldaşımdır və s. Biz də 8 il Milli Məclisdə bir yerdə oturmuşuq. O boyda Heydər Əliyevin oğlu, o boyda Əziz Əliyevin nəvəsi... Onda o qədər səmimilik, sadəlik, mərdlik görmüşəm ki... Bu xalqın böyük himayədarı, mərhəmətli qayğıkeşidir.
...30 ildir Milli Məclisdəyəm, bura ilə bağlı o qədər xatirələrim var ki... Yaxşı tərəfini də, pis tərəfini də, satqınını da, etibarlısını da görmüşəm. Amma mənə qarşı hamı yaxşı olub, ağsaqqal, hacı kimi hörmət ediblər. Parlamentə öyrəşmişəm. Görürsən ki, dalbadal iclas olanda adam bir az yorulur, amma olmayanda da darıxır...
6 dəfə bir dairədən seçilmək, bu, bilirsiniz də, necə çətindir. Bu, mənim üçün böyük hörmətdir, bunu heç vaxt yaddan çıxarmaram. Mənim eyni ərazidən deputat seçilməyim insanlarla həqiqət üzərində qurulan münasibətimdir. Hər halda, 6 dəfə eyni dairədən təkrar seçilmişəmsə, demək, insanların mənə etimadı, inamı var.
Deputatın üzərinə hansı vəzifələr düşür, deputat nə edə bilər - bunu yaxşı bilirəm. Və hamısının da öhdəsindən gəlməyə çalışmışam. Həm də çalışıram ki, artıqlaması ilə edim...
Hələ ilk dəfə məsciddə mənim namizədliyimi irəli sürən zaman dedim ki, mən gedərəm, amma sonra deyəcəksiniz ki, qayıt dala, mən utanaram kənddə, eldə, obada. O zaman Sabit Bağırovla ikinci tura qaldıq, mənə daha çox səs verdilər və artıq 30 ildir Milli Məclisdəyəm. O da asan deyil ki, bu 30 ildə adını qoruyub saxlayasan...
Qədim türklərdə belə bir məsəl var. Deyir, nəyim var keçərəm, təki başım salamat olsun. Amma adıma görə başımdan da keçərəm. İnsan adı üçün yaşamalıdır.
Deyirlər ki, parlament tribunasında çox danışmıram. Hesab edirəm ki, çox danışmaq heç zaman bəyənilməyib. Yaxşı, məntiqli, lazım olan yerdə danışmaq isə vacibdir. İndi mən danışmıram, o demək deyil ki, danışanlar düz etmirlər. Məsələn, danışanlar içərisində elələri var ki, danışır, həqiqətən adamın xoşuna gəlir. Bəzən də boş yerə danışırlar, tutaq ki, parlamentdə 3-cü oxunuşda danışmaq lazım deyil ey, amma onda da danışırlar. Həvəskardırlar danışmağa...
Gərək sözün də çəkisini biləsən. Mən görsəm ki zərurət var, sözümü deməliyəm, o zaman deyəcəm. O da maraqlıdır ki, 125 deputatın 20-30-u mənim kimi çoxdanışan deyil, amma həmişə deyirlər ki, Madər danışmır. Mən danışmıramsa və bu, əgər pisdirsə, 6 dəfə məni seçməsinlər də...
Mən də sabahdan başlasam danışmağa, maraqlıdır ki, o zaman nə deyəcəklər...
Düşünürəm ki, parlamentə hər cür adam lazımdır. Hüquqşünas da, tarixçi də, iqtisadçı da, xətri, hörməti olan adam da, ağsaqqal da. Tutaq ki, sən Binəqədidən seçilmisən və ora gedəndə oradakı 3 nəfərdən ikisi ayağa durmursa, sən necə oranın deputatısan?! Dediyim odur ki, insanlarla işləməyi bacarmalısan.
Məsələn, 2008-ci ildə prezident seçkiləri vaxtı Xocasən kəndində ilk dəfə səs verəcək sakinlərlə görüş keçirirdik. Bir deputat yoldaşımız da başladı danışmağa ki, "de-yure” belə gəldi, "de-fakto” belə getdi, nə bilim, vertikal elə, horizontal belə... Sadə camaat da başa düşmür axı, bu, nə deyir, başladılar dağılışmağa. YAP İdarə Heyətinin üzvü Kərim Kərimov da orada idi, o mənə baxdı, mən də ona...
Və söz aldım. Dedim, ay camaat, həmkarım siyasətçidi, hüquqşünasdı, o, sözünü dedi, öz dilində dedi. İndi istəyirəm, mən də bir neçə kəlmə danışım, ancaq mən sizin biriniz kimi danışacam. Mən istəyirəm siftənizi kor etməyəsiniz, birinci dəfə səs verirsiniz, gedin İlham müəllimə səs verin, İlham Heydər oğlu Əliyevə. Bunu dediyimi gördüm, elə bil buz qırıldı, hamı başladı əl çalmağa...
Bu, savadla bağlı da bir şey deyil. Ola bilər ki, bir kitab belə oxumayan adam kütlə arasında elə danışsın ki, onu alsın ələ. Bax onun da öz siyasəti var. Savad da vacibdir, elə çıxmasın ki, o məndə yoxdur, bəyənmirəm. Ancaq ki, bir savad bütün məsələləri həll etmir.
Elm də var, helm də... Bunlar ikisi bir yerdə olanda lap yaxşı olur. Gərək o qədər savadın olsun ki, bu şeyləri sətiraltı deyə biləsən.
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb