Rusiya XİN-dən Qarabağ açıqlaması: "Rəsmi Bakı ilə Yerevan arasındakı əlaqələr irəliyə atılmış doğru addımdır"

img

31-01-2019 [13:04]


"Rusiya rəsmi Bakı və Yerevan arasında son vaxtlar müxtəlif səviyyələrdə baş tutan əlaqələri alqışlayır".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Azərbaycan və Ermənistan XİN başçılarının Parisdə baş tutmuş görüşünü şərh edərkən bildirib.

"Bu məsələ (Dağlıq Qarabağ münaqişəsi - red.) ilə bağlı mövqeyimiz dəyişməzdir", - M.Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi vasitəçilik funksiyasını xoş niyyətlə və səmərəli şəkildə həyata keçirir.

"Son vaxtlar rəsmi Bakı və Yerevan arasında müxtəlif səviyyələrdə baş tutan siyasi əlaqələri alqışlayırıq. Tərəflərin özlərinin verdiyi konstruktiv qiymətləndirmələri eşitmişik. Hesab edirik ki, bu, irəliyə doğru atılmış düzgün addımdır", - Rusiya XİN nümayəndəsi söyləyib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA