Rusiya XİN-dən Dağlıq Qarabağ açıqlaması: “Danışıqlar nəticə verməlidir”

img

30-01-2019 [15:04]


Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu gün Yerevanda Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüb və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.
 
Karasin görüşdən sonra jurnalistlərə açıqlama verib. O, danışıqlar zamanı Azərbaycanla Ermənistan liderləri arasındakı görüşlərin alqışlandığını, bu görüşlərin davam etməsinin arzuolunan olduğunu vurğulayıb: 
"Minsk Qrupunun həmsədrləri hazırda bu məsələnin üzərində işləyir. Görüşlər yaxşı hazırlanmalıdır ki, onlar substansiv olsun, real nəticələr və irəliləyiş əldə edilsin”.

Rusiyalı diplomat deyib ki, Qarabağ münaqişəsinin nizamlanmasında dönüşün nə zaman əldə ediləcəyi məsələsində realist olmaq lazımdır. Onun fikrincə hamı dönüşün tez əldə edilməsini istəyir, amma sağlam düşüncəyə və Azərbaycanla Ermənistanın liderlərinin beynəlxalq cameənin köməyi ilə apardıqları danışıqlara əsaslanmaq lazımdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA