Şəkidə saxlanılan İsgəndər Həmidov buraxıldı - Sabiq nazir niyə tutulmuşdu?

img

30-01-2019 [13:31]


Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatı adlı təşkilatın təsisçilərindən biri İsgəndər Həmidov saxlanılıb. 

Bu barədə "facebook" sosial şəbəkəsində Azərbaycan Milliyətçi Demokratik Partiyasının sədri Qələndər Muxtarlı məlumat verib.

Onun sözlərinə görə, sabiq nazir Şəkidə saxlanılıb: "Sabiq müdafiə naziri Rəhim Qazıyevin anasının vəfatının ildönümü ilə əlaqədar olaraq yas mərasiminə gedən İsgəndər Həmidov Şəki rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, 1 saata yaxındır ki, polis bölməsindədir. Barəsində və saxlanılma motivləri haqqında məlumat verilmir. İsgəndər Həmidovun maşını da Polis bölməsinin həyətinə salınıb”.

Bu dəqiqələrdə verilən məlumata görə, İsgəndər Həmidov sərbəst buraxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA