Allahşükür Paşazadə Rusiya Patriarxı ilə görüşdü: "Moskvada azərbaycanlılara məscid tikmək üçün yer ayırın"

img

30-01-2019 [13:25]


Rusiyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb.

Mia.az "Report”a istinadən bildirir ki, Müqəddəs Danil monastırında baş tutun görüşdə çıxış edən Şeyxülislam qarşılıqlı münasibətlərdən danışaraq Patriarxa qardaş deyə müraciət edib.

O qeyd edib ki, Azərbaycanın ən böyük problemi olan Qarabağ münaqişəsi Kirillin sayəsində dini konfiliktə keçmədi: "Bu işdə sizin rolunuz danılmazdır. Buna görə sizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından təşəkkür edirəm və bu problemin həllində əlinizdən gələni edəcəyinizə inanırm".

Şeyxulislam, həmçinin, Moskvada Azərbaycanlılar üçün məsçid inşa olunması üçün də Rusiya patriarxına müraciət edib: "Sizdən xaiş edirəm ki, bir qardaş kimi Moskvada azərbaycanlılar üçün məscid tikmək üçün yer ayrılsın. Bu bizim münasibətlərin inkişafına təkan verəcək”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA