Azərbaycanlı milyonçu Elçibəyin adını əbədiləşdirəcək: "Tarixə sayğı gələcəyə yatırımdır..."

img

30-01-2019 [12:35]


Azərbaycanlı milyonçu, Türkiyədə yaşayan "Palmali"nin rəhbəri Mübariz Mənsimov keçmiş prezident Əbülfəz Elçibəyin adını gəmilərindən burunə verəcək.

Mia.az bildirir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

Biznesmen qeyd edib ki, Cümhuriyyətimizin 100 illiyi ilə bağlı yeni gəmisinin adını Məhəmməd Əmin Rəsulzadə qoyub: "Eyni zamanda 2004-cü ildən etibarən "Heydər Əliyev” gəmimiz dünya sularında üzməkdədir. Hər üç şəxsiyyət bizim üçün əziz olduğundan Əbülfəz Elçibəyi də unutmamağa və unutdurmamağa qərar verdik. Bu ilin aprel ayında, gəmilərimizdən biri bu böyük şəxsiyyətin Əbülfəz Elçibəyin adını daşıyacaq".

Milyonçu bildirib ki, bununla da 20-ci əsrdə yaşamış hər üç şəxsiyyətin adını daşıyan gəmilərimiz dünya sularında üzəcəklər: "Mustafa Kamal Atatürk deyirdi ki, tarix yazmaq tarixi yaratmaq qədər mühümdür. Bu baxımdan yazanlar yaradanlara sadiq qalmalı, nə kimsənin rolunu azaltmalı, nə də artırmalıdırlar. Tarixə sayğı gələcəyə yatırımdır. Tarixi olmayanın gələcəyi də olmaz”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA