Əflatun Amaşov Bursada tədbirdə: "Qurur, fəxarət hissi keçirdim" - FOTO

img

29-01-2019 [18:19]


"Türkiyənin Bursa şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etdim. Tədbir son dərəcə gözəl təşkil edilmişdi. Buradan Azərbaycan Kültur Dərnəyi Bursa şöbəsi başqanlığına, şəxsən xanım Handan Askeran Topa təşəkkürümü bildirirəm".

Mia.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

O bildirib ki, həm  Handan Askeran Topun, həm də digər çıxış edənlərin fikirlərində Şərqin ilk demokratik respublikasına dərin rəğbəti, misilsiz dəyəri duymaqdan qurur, fəxarət hissi keçirib: 

"Mindən çox iştirakçının qatıldığı toplantıda Azərbaycan Xalq Cümhuriyyətinin türk və bütövlükdə İslam dünyasında oynadığı rol müfəssəl təhlil olundu. Ümumən tədbir Azərbaycancılığın və türkçülüyün böyük şöləni kimi xatirəmdə qaldı. Mədəniyyətimizin, musiqimizin koloritliliyini, zənginliyini Azərbaycan Kültur Dərnəyinin orkestrinin, Ankara Dövlət Operasının azərbaycanlı solistlərinin və ifaçılarının çıxışında görmək həqiqətən də heyrətamiz idi".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA