Lavrov Həştərxanın qubernatoru ilə görüşdü - Xəzər dənizi ilə bağlı açıqlama

img

29-01-2019 [13:06]


Xəzərin hüquqi statusu barədə konvensiyada nəzərdə tutulduğu kimi, regiondakı vəziyyətin məsuliyyəti yalnız "Xəzər beşliyi” ölkələri (Rusiya, Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan) üzərində olmalıdır.

Bunu Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov Həştərxan vilayətinin qubernatoru Sergey Morozovla görüşü zamanı bildirib.

Rusiya XİN-in başçısı Azərbaycan, İran, Qazaxıstan, Türkmənistanı "xarici siyasətin başqa istiqamətləri” üzrə Rusiyanın "mehriban tərəfdaşları” olduqlarını dilə gətirib.

"Xəzərin hüquqi statusu barədə konvensiyada nəzərdə tutulduğu kimi, Xəzər regionunda baş verənlərə bütün məsuliyyətin bundan sonra da yalnız "Xəzər beşliyi” ölkələri üzərində olması çox mühümdür”, –  S.Lavrov əlavə edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA